Eynşteynin ümumi nisbilik nəzəriyyəsi

8-08-2024, 11:18           
Eynşteynin ümumi nisbilik nəzəriyyəsi
Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (General theory of relativity, 1915) qravitasiyanın geometrik nəzəriyyəsi və quruluş (yaradılış) mexanizminin izahıdır. Dahi alim bununla qravitasiyanı dörd ölçülü kosmos-zaman sxeminə görə ifadə etmişdir.
Buna görə Kainatdakı bütün obyektlər dinamik olaraq kosmos-zaman sxemilə kütlələrilə mütənasib olaraq bükülmələrə səbəb olur və bu da cazibə qüvvəsi kimi hiss edilir. Dinamik olaraq dedik, çünki cisimlərin hərəkətilə kosmos-zamandakı bu bükülmələr sürəkli bir dəyişimə məruz qalacaq. Videoda bunlar yaxşı görülür. Daha böyük kütlənin səbəb olduğu bükülmə və kiçiklərinin buna cavab olaraq onun təsiri altında qaldıqları cazıbə və izlədikləri elliptik trayektoriyalar sadə bir şəkildə göstərilmişdir.
Məsələn, burada böyük kürəni Günəş, digərlərini planetlər, yaxud da böyük kürəni planet, o biriləri isə onun ayları olaraq düşünə bilərsiniz. Qara Dəliyi elə görə bilərsiniz. Bu durumda Qara Dəliyin kütləsinin kosmos-zamanda yaradacağı bükülmələrdə hətta işıq belə bundan qaça bilmir…
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.