KASIBIN QƏNİMİ KASIB...
29-09-2024, 00:10
Bu gün küçənin o tayından iri bir it, ipini dartaraq başladı Marşala hürməyə. Ara bir sahibinə baxıb, sanki deyirdi: burax məni ağzın əzim o mürtətin. Marşalda, özün mənə görsətmək üçün, başladı iri itə hürməyə.
- Bax, ikinizdə itsiniz. Hardandı bir-birinizə bu aqressiya?
- Eh... özümüzü sahibimizə köstərmək üçün məcburuq bir-birimizə hürək. Hətta dişləyək. İnsanlarda belədir. Onlarda, bəzən rəhbərinin xoşuna gəlmək üçün hazırdılar özü kimiləri əzib keçməyə.
Bu Marşalın əməlli başlı tətbiqi sosioloji təhlilləri var imiş. Baxıram, fikirləri əsassız deyil.
Parkinqin yanından keçirik. Saat 7.10. Arıq bir oğlan, əlində telefon, həvəslə, gülümsəyərək, maşınların şəkillərini çəkir.
Düşünürəm, parkinq nəzarətçilərinin, demək olar hamısı sadə ailələrin uşaqlarıdır. Maşınlara baxıram: BMV, PORŞE, MAZERATİ, RƏNC ROVER yoxdur.
Hamısı ili keçmiş köhnə maşınlar.
- Oğlum, bu kasıb maşınlarını səhər açılmamış niyə belə həvəslə cərimələyirsən? Axı sən də kasıb uşağısan.
- Dayı, işim budur. 10-15 dəqiqədən sonra rəhbərlik, elə mənim kimi kasıb uşaqları kontrola göndərəcək. Bir cərimələnməmiş maşın çıxsa, iti qovan kimi məni qovacaqlar.
Harınlanmışların qədimdən sınanmış usulu: kasıbı, elə kasıbla boğuşdurub bəhrələnmək...
Zahid Teymurov
TEREF