TÜRK TÖRƏSİ
29-09-2024, 10:44
TÜRK dilində TÖRƏ (ADƏT) Türk vicdanına hakim olan ümumi hüquq prinsipləri mənasın da istifadə edilir. Törəni dar və məhəlli olan adət anlayışından fərqləndirmək lazımdır.
Ümumiyyətlə qanun mənasında istifadə olunan TÖRƏ (adətlər) qədim Türk hüququ hökmlərinin sütünü olub, ictimai həyatı tənzimləyən məcburi qaydaları ehtiva edirdi. ORXON kitabələrində törə sözü 11 yerdə keçir, bunun 6-da bölgə ilə birlikdə istifadə edilir. Digər 5 yerdə də yenə bölgə ilə əlaqəsi aydın görünür. Demək ki, Türk Dövləti qanunlara (adət hökmlərinə) bağlı bir qurumdur. Dövlətin varlığı törə (adətlər) ilə mövcuddur. (bax. Türk Dünyası El kitabı İ. Qəfəs oğlunun Mədəniyyət və Cəmiyyət adlı məqaləsi səh. 7619)
TÖRƏ (adətlər) hökmləri dəyişməz qəliblər deyildir. Türk hökmdarları yerinə və zamanın tələblərinə görə və təbii ki, məclislərin razılığı alınmaqla yeni hökümlər verə bilirdi. Bütün Türk ləhcələrində ortaq olan və sonra da Moğolcaya keçən törə (adətlər) sözü indiki məlumatımıza görə Tabqaçlardan bəri mövcud idi və tələffüzü olan törə formasının daha qədim bir dövrə gedib çıxması mümkündür.
YENƏ eyni qaynaqdan öyrəndiyimizə görə bu gün qanun qarşılığı olaraq istifadə edilən yasa kəliməsinə təməl təşkil edən yasamaq feili, Türk kitabə və qeydlərdə sadəcə - Ten qri yasar Tanrı nizamlayar (edər) - cümləsində olmaq üzərə bir dəfə keçir. Bunun xaricində Türklər daima qanun qarşılığı olaraq törə kəliməsini istifadə etmişlər. ( bx. Adı keçən səhifə 761)
ZAMAN Türk xaqanları yazılı qanunnamələr çıxarmaqla yanaşı ümumiyyətlə Türk törəsi yazılı deyildi, ancaq cəmiyyətdə çox yaxşı bilinir və yaşanırdı. Bugün Türk törəsini təsbit etmək istəyənlər üçün iki önəmli qaynaq mövcuddur. Bunlardan birincisi bütün Dünya Türklüyünün milli vicdanında yatan ortaq dəyər hökümləri, ikincisi də böyük Türk YUSUF HAS HƏBİBİN yazdığı KUTADQU-BİLİG adlı kitabdır.
DÜNYƏVİ bir əxlaq və nizam qurmaq istəyən filosoflar törəni çox dar və məhəlli olmaqla tənqid edir. Bütün insanlığı qavrayan bir əxlaq və nizam axtarırdılar. Bunu daha öncə incələ mişdik. Həqiqətən də bəzi millətlərin törələri üçün bu xüsus bəlkə də keçərli ola bilər. Bir qövm öz içinə qapanarsa, digər qövmlərlə və insanlarla təmas halında olmazsa, kültür və mədəniyyətdə ilkəl qalmaq təhlükəsinə məruz qaldığı kimi dar və yetərsiz bir törə içində həyatını nizamlamağa məhkum olar.
AMMA Türk tarixini bilənlər Türk törəsinin dar və məhəlli olduğunu iddia edə bilməzlər. Türklər tarixin qeyd etdiyi ən dinamik millətlərdən biridir. Ən keçmiş dövrlərdən bəri dünyanı bir ucundan digər bir uca əhatə etmiş saysız qövmlə rastlaşmış, dəyişik zaman və məkanlarda olan insanların sosial və mədəni təcrübələrinə şahid olmuş, mövcud bütün millətləri dinləri tanımışdır. Qısaca qeyd etsək, Türk milləti geniş tarixi təcrübəyə və zəngin bir mədəniyyət xəzinəsinə sahib olmaqla milli törəsini bu güclü zəmin üzərində qurmuşdur.
TURK TÖRƏSİ dünyəvi əxlaqi idealları bünov rəsində toplayan təcrübi bir əxlaq və hüquq nizamı durumundadır.
Qul olmayan adil, mərhəmətli, fəda kar, yaxşılıq sevər, sayqılı, müşfiq və qəhrəman türkoğlu həqiqətən də Z.GÖYALPIN dediyi kimi əxlaqın duhasına çatmış bir əxlaq adamıdır.
Sevda Amanova
TEREF