UKRAYNA XALQI

3-10-2024, 15:38           
UKRAYNA XALQI
Ukrayna xalqı Bizim qan qardaşlarımızdır. O xalq yalnız qıpçaqların yox, Uz, Peçeneq, Berendey türklərinin assimilyasiyası nəticəsində yaranmışdır. Xəzər xaqanlığı süquta uğrayanda Qoqol, Suvar, Kutuz, Şolox, Yesen, Don, Dana, Azov nəsilləri xristian dinini qəbul etmiş, üç yüz il ərzində öz dilini unutmuşdur. Ancaq buna baxmayaraq Ukrayna dilində yüzlərlə türk sözləri qalmışdır. Uz nəslinin adı Ujqorod şəhərinin, Azup xanın adı Azov dənizinin adında qalmışdır. Dnepr çayı qədim mənbələrdə Danapur, Xerson şəhəri Xersak adlanır. Xersak, Korsak türk nəsilləridir.Don çayından başqa Orta Asiyada Don, Kərki Don adlı şəhərlər var idi. Xerson şəhəri yaxınlığındakı ğöllərdən biri Dəli Göl, Dunay çayının bir qolu Kirs ova adlanlrdı. Şuşa ilə Laçın arasındakı dağ Kirs dağı adlanır. Donetsk şəhəri yaxınlığında Manquş adlı Urum kəndi var. 24 Urum kəndinin 12-i türk dillərinin arxaik bir ləhcəsində danışır. Onlar xristiandır, ancaq indiyədək dillərini unutmayıblar. Ukraynanın böyük nasiri Mixail türkcə Şoloxov siyadı daşıyırdı. N.A.Baskakov şolox adını şulux mənasında izah edir. Əslində şulux qəhrəman deməkdir. Biz bu mövzularda dissertasiyalar yazmalı, Azərbaycan və Ukrayna xalqlarının qan qohumluğunu sübuta yetirməliyik. Qarabağda Edilli kəndi varsa, nəyə görə Volqa çayının rus işğalına qədər Etil, İtil adlanması haqqında düşünməliyik.
İlhami Cəfərsoy,
Tarixçi Alim.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.