DÜNYANIN ƏN AĞILLI FOTOSU

Bu gün, 16:54           
DÜNYANIN ƏN AĞILLI FOTOSU
Bu tarixi foto Brüsseldə 6 oktyabr 1927-ci ildə çəkilib.
Şəkildə Dünyanın ən parlaq 29 dahisini görürük.
Onların içində 16 Nobel mükafatı laureatı alim var.
İştirakçılardan biri – Maria Küri (Sklodowska-Curie) isə hətaa 2 dəfə Nobel laureatı olub.
Dünyanın ən zəki insanları 5-ci Solvey Konfransının bitməsindən sonra bu fotonu çəkdirməklə sanki gələcək nəsillərə bir mesaj göndəriblər. Fizika və kimyanın fundamental problemlərini müzakirə etmək üçün Brüsseldəki Solvay Beynəlxalq Fizika və Kimya İnstitutu tərəfindən 1911-ci ildən bu günə qədər 49 beynəlxalq konfrans keçirilib.
Hər bir konqres müxtəlif dövrlərdə alimlərin diqqət mərkəzində olmuş fizika və kimya elminin aktual fundamental problemlərinin müzakirəsinə həsr olunub. Belçikalı alim və sənayeçi Ernest Solvayın şəxsi təşəbbüsü və vəsaiti hesabına keçirilən ilk Solvay Konqresi 20-ci əsr fizikasının inkişafında dönüş nöqtəsi hesab olunur.
1927-ci ildə 5-ci Solvey Konfransının adı “Elektronlar və Fotonlar” idi. Əsas məruzəni alman alimi Verner Heyzenberq (Werner Heisenberg) etmişdi. Lakin konfrans iki dahi – nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn ilə kvant mexanikasının banisi sayılan danimarkalı nəzəri fizik Nils Bor arasında keçən qızğın və həyəcanlı elmi mübahisələrlə yadda qalmışdır.
Bu fotodakı insanların üzlərindəki nura, əzmə və gələcəyə ümid dolu baxışlara baxın. Bəşəriyyət bu gün bir çox şeyi məhz bu dahilərə borcludur.
Üst sıra, soldan sağa:
Auguste Picard, Emile Hanrio, Paul Ehrenfirst, Eduard Herzen, Theophile de Donder, Erwin Schrödinger, Jules Emile Verschafelt, Wolfgang Pauli, Werner Heisenberg, Ralph Fowler, Léon Brillouin.
Orta sıra:
Peter Debye, Martin Knudsen, William Bragg, Hendrik Kramers, Paul Dirac, Arthur Compton, Louis de Broglie, Max Born, Niels Bohr.
Aşağı sıra:
Irving Langmuir, Max Planck, Marie Curie, Henrik Lorenz, Albert Einstein, Paul Langevin, Charles Huy, Charles Wilson, Owen Richardson.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.