Sovet şərgşünası Mixail İvanov: "Səfəvilər dövləti Azərbaycan dövləti idi"

2-12-2024, 08:14           
Sovet şərgşünası Mixail İvanov: "Səfəvilər dövləti Azərbaycan dövləti idi"
“İlk Səfəvi şahı İsmayılın dövründə nəhəng dövlət yarandı.
Bir çox İran və Qərbi Avropa burjua tarixçiləri İsmayılı və onun davamçılarını, guya türk fatehlərinə qarşı mübarizədə formalaşmış İran milli dövlətinin yaradıcıları hesab edirlər.
Amma bu belə deyildi. Əslində Səfəvilər dövlətinin yaradılmasında İsmayılın əsas hərbi qüvvəsini təşkil edən, Azərbaycan qızılbaş-türk tayfaları fəal iştirak edirdilər.
Səfəvilər dövlətində hakim təbəqə, xüsusilə ilk dövrlərdə bu tayfaların zadəganları idi.
Rəsmi yazışmalar fars dilində aparılsa da, Səfəvilərin sarayında və orduda azərbaycan dili üstünlük təşkil edirdi. Şah İsmayılın özü də bu dildə Xətai təxəllüsü ilə şeirlər yazır.
Hətta XVI əsrin ortalarına qədər dövlətin paytaxtı mərkəzi İranda deyil, Azərbaycanda - Təbrizdə olmuşdur.
Azərbaycan tayfaları bu dövlətdə aparıcı rol oynayırdılar. Beləliklə, Səfəvilər dövləti ilkin olaraq mahiyyətcə Azərbaycan dövləti idi.
İsinad: M. İvanov, “Очерк истории Ирана”
P.S. Əvvəlki yazılarımızda da məlum olduğu kimi, rəsmi yazışmalar həmişə fars dilində aparılmırdı, Azərbaycan dilində də aparılırdı.
İstinad: İRS Azerbaijan
Milli Kimlik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.