TERRAFORMASİYA və ya DÜNYALAŞMA

Bu gün, 17:24           
TERRAFORMASİYA və ya DÜNYALAŞMA
Terraformasiya (ing. Terraforming) hansısa bir planetin, təbii peykin və ya asteroidin atmosfer, temperatur, ekologiya və b. şərtlərinin insanların yaşayışı üçün əlverişli hala salınması. Terraformasiya üç başlıq altında araştırılır: Terraformasiya (Para Terraforming), Qismi Terraformasiya (Partial Terraforming) və Tam Terraformasiya (Full Terraforming).
Terraformasiya texnologiyalarını araşdırdığımız zaman iki əsas texnologiya ortaya çıxır. Bunlar atmosfer texnologiyaları və səth texnologiyalarıdır. Atmosfer texnologiyaları planetin atmosferini Yerin atmosferinə bənzər terraformasiya etmək məqsədi daşıyır. Bu texnologiyalar ümumiyyətlə atmosferdəki qazların tərkibinin dəyişdirilməsi və ya istixana qazlarının artırılması kimi prosesləri əhatə edir.
İnsanoğlu üçün bu proseslər həyəcan vericidir. Çünki onların vasitəsilə terraformasiya ediləcək planet və ya peyk insan həyatına uyğunlaşdırılacaq.
Terraformasiya prosesində izləniləcək mümkün addımlar ümumiyyətlə aşağıdakılardır:
Atmosferin Dəyişməsi və Tənzimlənməsi;
Səthin Temperaturunun Tənzimlənməsi;
Su Ehtiyatlarının Yaradılması;
Bitki örtüyünün və ekosistemlərin yaradılması;
Planetlərin səthini yaşayış və infrastruktur tikintisi üçün uyğunlaşdırmq;
Uyğun İqlimin Saxlanması…
İnsanı planetlərarası səyahət edən növ halına gətirmək, başqa planetlərdə insan koloniyaları yaratmaq üçün Terraformasiya bu yüzilliyin ən sehrli və maraqlı işlərindən biri olacaq.
Son olaraq yazım ki, türklər terraformasiyaya “Dünyalaşma” deyirlər ki, bu da mənim daha çox xoşuma gəlir…
Dünyalaşma Elmlə Gələcək!
Gələcək Çox Tez Gələcək!
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.