Korrupsiya ilə zəhərlənən körpələr
Bu gün, 10:10
Bu gün Tovuz rayonunda orta məktəbdə baş verən zəhərlənmə hadisəsinə bir vacib əlavə...
Uşaqlar niyə zəhərlənibb? Çünki sobalarda yandırılan "opelka" olub. Soba tüstünü ötürməyib, nəticədə sinifdə uşaqlar tüstü və qazdan zəhərləniblər.
İndi isə gələk əsas məqama. Elm və Təhsil Nazirliyinin Regional Təhsil İdarələri hər ilin noyabrın 15-dən mayın 15-ə qədər orta məktəblərdə "ocaqçı" vakansiyalarına qəbul elan edir. Elan edir deyəndə ki, formal olaraq bu belədir. Adətən ocaqçı ştatı direktorlarla, regional idarələrin rəhbələri arasında "pay-pürüş" edilir.
Mərkəzi istilik sistemi olmayan orta məktəblərdə daxili yanma sobalarından istifadə edilir. Nazirliyin müvafiq olaraq Regional İdarələrə ayırdığı yanacaq-sürtkü materialları siyahısında isə "apelka" olmur.
"Ocaqçı"lar üçün ayrılan sobalar əsasən dizel yanacağı (neft) ilə yandırılır. Səhər saat 06:00-da "ocaqçı" orta məktəbə gəlir, sinif otağında sobanı alışdırır. Dərs başlayanda, daha dəqiqi dərs saatlarında "ocaqçı" sinifdə olmur.
"Ocaqçı" vakansiyaları formal olur. Burada hər il kənd məktəblərində yüzminlərlə manat həcmində yeyintiyə yol verilir. Adətən də "ocaqçı" vakansiyasının işini xadimlər icra edirlər.
Yeyinti bununla da bitmir. Sinif otaqlarının ölçülərinə görə təyin edilən sobalara müvafiq olaraq ayrılan dizel yanacağı (neft) nəzərdə tutulduğu qədər ayrılmır. Nəticədə sinifdə şagirdləri soyuqdan donmasın deyə sobaları müəllimlər birtəhər işlətməyə çalışırlar.
Eyni qaydada yeyinti halları ucqar dağ kənd məktəblərində də odun alınması ilə bağlı da baş verir. Nəzərdə tutulduğu qədər odun-ocaq alınması sənədlərdə əks olunsa da, tenderlərdə kifayət qədər yüksək qiymətə satınalma yoluyla büdcə vəsaiti hesabına alınsa da, məktəbə kağız üzərində olan yanacağın (neft, odun) yarısı belə çatmır.
Sonucu da bu gün Tovuzda körpə uşaqların zəhərlənməsi olur.
Nə yaxşı ki. hadisə ciddi şəkildə insan həyatı bahasına başa gəlmədi. Şükürlər olsun.
Bəli məhz bu yeyintilər, xüsusilə də qış aylarında araşdırılmalıdır. Korrupsiya yolu ilə körpə balaların haqqına girənlər cəzalarını mütləq almalıdır.
Razi Abasbəyli
TEREF