Tarixdə “Dəmir ayaqlı qadın” kimi tanın möhtəşəm qadın!

Bu gün, 15:04           
Tarixdə “Dəmir ayaqlı qadın” kimi tanın möhtəşəm qadın!
Adına hekayələr yazıldı və heykəli belə qoyuldu, bu xanımın adı Wilma Rudolphdur. O, tarixdə “Dəmir ayaqlı qadın” kimi tanındı.
1940-cı illərdə Amerikanın Virciniya ştatında bir qız doğulmuşdu – adı Wilma idi. O, doğulanda çox zəif idi. Deyirdilər ki, bu qız heç vaxt normal yeriyə bilməyəcək. Uşaqlıqda poliomielit (sinir və əzələ sisteminin iflici) keçirmişdi və həkimlər onun bir ayağının ömür boyu dəmir reabilitasiya cihazı ilə qalacağını bildirmişdilər.
Amma Wilma’nın bir arzusu vardı — qaçmaq. Elə-belə yox, dünyanın ən sürətli qadını olmaq!
Anası onun bu inamını heç vaxt sındırmadı. Hər gün onunla məşq edir, onun ayağını masaj edir, reabilitasiya prosesində yanında olurdu. Wilma təkcə mübarizə aparmadı – o, inandı. Ayağındakı dəmir cihazı çıxardığı günü heç vaxt unutmadı. Həkimlər təəccüblə baxırdılar, çünki bu mümkün deyildi – amma o bacardı.
Wilma Rudolph 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında 3 qızıl medal qazandı və dünyanın ən sürətli qadını adını aldı.
Bir insanın iradəsi bəzən bədənindən daha güclü olur. Əğər insanın içində o alov varsa - əzmkarlıq, həvəs və inamla çox şey mümkündür. Uğur görünən deyil, görünməyən mübarizələrin nəticəsidir!
Paylaşdı: Tural Babayev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.