İNCİLDƏKİ “MƏNƏ, MƏNƏ...” İLƏ BAŞLAYAN İFADƏ HANSI DİLDƏDİR VƏ ƏSLİNDƏ NƏ DEMƏKDİR ?
Bu gün, 09:04

(Birinci yazının davamı)
U sehrli cümlənin real tərcüməsi belədir:
“MƏNƏ, MƏNƏ, TƏK ƏLƏ U FARS ENƏR (UDUZAR, MƏĞLUB OLAR) !”
Tam əminliklə deyə bilərəm ki, heç bir ölü və ya diri dildə divardakı sözlər Daniyelin açdığı formatda qətiyyən ola bilməz:
“Mene” – “Tanrı səltənətinin günlərini saydı və onu sona çatdırdı”; “Tekel” – “sən tərəziyə çəkildin və yüngül gəldin”; və ya
“Peres” (divardakı formada Parsin), yəni “səltənətin bölündü və Midiya ilə farslara verildi.”
Daniyelin bu cür yozmaların heç biri reallığı əks etdirmir və məşhur divar yazısı ilə bağlı tarixi və sübuta əsaslanan məna daşımır.
Bəzi ədəbiyyat mənbələri divar yazısının daha real və Kitabdakı variantdan bir qədər fərqli və daha düzgün formasını verirlər:
“MENE, MENE, TEKEL UPARSİN”
Bu “gizli sözləri” türk dilində yenidən qurub izah etsək, onlar belə səslənir:
MƏNƏ, MƏNƏ, TƏK ƏL[Ə] U PARS IN[ER] (YENƏR)!
Bu sözləri həqiqətdə Belşəzzər öz əli ilə divara yazıb. Bu son ümid cümləsi ilə o, öz cəsarətini gələcəyə fişəng kimi atır.
Məsələ burasındadır ki, məclis vaxtı, Kirin qoşunları sən demə artıq saray divarlarının həndəvərindəymişlər. Bu an kimsə məclisdəkiləri kefli hallarından oyadır:
- Adə dədəzin evi yıxılsın, nə yatmısız, yeyib-içməkdən doymursuz, fəlakət başıızın üstün alıb, fars qoşunları saray divarlarını yıxmadadılar. Sizin isə heç nədən xəbəriniz yoxdur. Qaçıb gizlənməsəz hamınızın başınız göyə uçacaq!
Məclisdəkilərin hamısı bir andaca yoxa çıxır. Zalda təkcə Belşəzzər qalır. Ona görə "... TƏK ƏLƏ" sözlərini yazıb. Saray əhlinin hökmdara bu cür münasibətini görüb də heç yana qaçmayan Belşəzzər heç nədən qorxmadığını divara həkk edib:
MƏNƏ, MƏNƏ, TƏK ƏLƏ BELƏ U FARS ENƏR (MƏĞLUB OLAR)...
Əfsus ki, tək qalmış hökmdar düşmən əlinə keçir və Kuruşun hökmü ilə edam edilir.
Kitabdakı interpretasiya Nəbihədnəzərə olan nifrətin əks-sədasıdır. Yazının təhrif olunmuş variantıdır.
Mənə eə gəlir ki, Babilin işğalından sonra, KƏNGƏR Türk tayfasının adını daşıyan körfəzin də adı Kuruş tərəfindən "Fars körfəzi"nə dəyişdirilib. U işğaldan sonra Babilan Kuruş-Dara imperiyasının tərkib hissəsi olub. Son sərhəd Yegipeti də əhatə edib.
_______________________
***Dünən Az. Prezidenti AĞDAMDA KƏNGƏRLİ kəndinin yenidən doğuluşunun lentini kəsib, KƏNGƏR türk tayfasının bu günkü nəsillərinin bir çoxuna evlərin açarlarını təqdim etdi.
***Ümumiyyətlə, tədqiqatlar göstərir ki, KARABAĞ, KARAÇAY, KARAKALPAK, KARAPAPAK, KARAKAÇAN Türk tayfalarının hamısı bir məkandan çıxmışlardır. Onların ilkin vətənləri Aralıq dənizi sahilindəki (Türkiyənin cənubi-qərbində) mövcud olmuş KARİO adlı məkan olub. Bunların hamısı Batıdan Doğuya bir köçün ayrı-ayrı Türk dəstələridir. Xocavənddəki Edilli kəndi, Gədəbəydəki Edilli tayfası da öz ilkin adlarını ETE ELİ`ndən alırlar. Onların bir qolu da dünyada Etrusk kimi tanınan türk tayfası olub.
___________________________
Şəkildə rəssam J. Qasanovasın çəkdiyi "Nebuhədnəzərin dəliliyi" əsəri. Onu da deyim ki, Orta əsr Avropa rəssamları bu mövuzya da xüsusi diqqət yetirmişlər. Xristian kimi Nəbihədnəzərin Yerusəlimdəki Allah Məbədini və on il sonra Solomonun (Süleymanın) sarayını yerlə yeksan etməsinin təəssübünü çəkərək, onun dəlilik portretini yaratmışlar. Əlləri tarixə çatmasa da, məşhur hökmdarın ruhundan sadəcə acıq açıblar. Ona nifrətlərini gizlədə bilməyiblər. Çünki qüdsal saydıqları dini kitabları onu düşmən kimi qələmə verib. Özü də Belşəzzərin öz əlilə Azərbaycan Oğuz türkcəsincə divara yazdığı cəsur ifadənin qol-qılçasın, qabırğaların sındırıb onu tam təhrifə vardırmaqla.
BİZİM ZƏNGİN VAR-DÖVLƏTİMİZDƏN İSTİFADƏ EDİB ÖZÜNƏ TARİX YAZMAQ TƏKCƏ BU GÜNÜN İŞİ DƏYİL. ONUN TARİXİ NƏBUHƏDNƏZƏRDƏN DƏ QABAQKI MİXİ YAZILARIMIZIN MİN İLLƏRLƏ ÖLÇÜLƏN DÖVRÜNƏ GEDİB ÇIXIR.
Tariyel Azerturk
TEREF