11 yaşında ana olan, atasından hamilə qalan və qalada yaşayan ailə - FOTOLAR

17-04-2015, 11:04           
11 yaşında ana olan, atasından hamilə qalan və qalada yaşayan ailə - FOTOLAR
Ailə dedikdə ağla xoşbəxt və sakit bir yuva gəlir. Amma bunu heç də bütün ailələr haqqında demək olmaz. Bəzi ailələr haqqında oxuduqda onların gerçək olduğuna inanmayacaqsınız.
ANS PRESS dünyanın bir necə ən qəribə ailəsini təqdim edir:

Tressa Middleton - İngiltərənin ən gənc anası
Tressanın hekayəsi bütün İngiltərəni şok etmişdi. 11 yaşında hamilə qalan bu uşaq qardaşının təcavüzünə uğrayıb. Bu zaman qardaşının 16 yaşı olub. Zorlamaya görə o həbsə düşüb. Tressa da bu hadisədən sonra məktəbi ataraq narkotik aludəçisinə çevrilib. İndi 21 yaşlı bu qız uzun müddətli müalicədən sonra nişanlanlısı ilə xoşbəxt həyat yaşayır.


Ərlərindən bezdi, itlə evləndi
46 yaşlı Amanda Rogers həyatında bir neçə dəfə ailə qurub. Amma xoşbəxtliyini tapa bilməyib. Nəticədə o sevgini heyvanlarda axtarmağa başlayıb. Xoşçbəxtlik axtarışı Şeba adlı iti tanıyana qədər davam edir. "O çox sadiqdir" deyən qadın Xorvatiyada itlə özünə toy mərasimi keçirib. Toyda 200 qonaq iştirak edib.

Ən yaşlı ana
2008-ci ildə 70 yaşında olan Rajo Devi Lohan dünyanın gündəmində olub. Buna səbəb isə onun bu ahıl yaşında ana olması olub. Doğuş gözlənildiyi kimi çox ağır olub. Amma Lohan öləcəyi təqdirdə uşağına baxması üçün ikinci ana belə tapmışdı.

Qalada yaşayan ailə
Bu ailə özlərinin qalasını "Qiyamət qalası" adlandırıb. Ailə hətta "National Geographic"in də qonağı olub. Bu qalaya xaricdən heç kim daxil ola bilməz. Qalanın içərisində tələlər, cinayət dəlikləri dedikləri yeraltı sığınacaqlar, asma körpü belə mövcuddur. Ailə bu yolla hər hansı terro hücumlarından qorunmaq istəyib. 14 ildir qalada yaşayan ailənin üzvləri silah və döyüş dərsləri alıblar.

Ata və qızı arasında eşq
Avstraliyada Con və Cenni Deaves adlı ata-bala evlənəcəklərini açıqlayanda bütün dünya ayağa qalxmışdı. "Biz aşiqik" deyən ailə üzvləri nəinki evlənib, hətta övlad sahibi də olublar. Uşaq yaşlarından bir-birindən ayrı qalan qızı atası ilə görüşəndə duyğularının dəyişdiyini elan edib. 9 il birlikdə olan ata-qız sonradan ayrılıb.

Sevgili paylaşan əkizlər
Avstraliyalı əkizlər Anna və Lusi DeCinque bacılarının hekayəsi də olduqca qəribədir. Onlar bir-birinə tamamilə bənzəmək üçün 250 min dollar pul xərcləyiblər. Əkizlər eyni işdə çalışır, eyni cür geyinir, eyni evdə yaşayırlar. Ən maraqlısı isə odur ki, onların sevgilisi də eynidir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.