ŞOK! Məntəqə sədri saxtakarlıq planlarından danışdı

13-10-2015, 23:25           
ŞOK! Məntəqə sədri saxtakarlıq planlarından danışdı
86 saylı İsmayıllı seçki dairəsində namizədlər arasında baş verənləri işıqlandırmışdıq. “İsmayıllıda seçki qalmaqal: deputat Novruzəli Aslanov qoçu dəstəsi saxlayır” başlıqlı həmin yazıda müstəqil namizəd Məzahir Şahvələdovun fikirləri əks olunaraq qeyd edilirdi ki, rayonun hazırki millət vəkili, yenidən öz namizədliyini irəli sürmüş Novruzəli Aslanovun nümayəndələri onu şərləmək üçün qarayaxma kompaniyasına başlayıblar.
Həmin yazıda göstərilirdi ki, bir neçə gün bundan öncə Novruzəli Aslanovun nümayəndələri rayon polis şöbəsi və dsk-ya yazılı şəkildə müraciət edərək iddia ediblər ki, İsmayıllı rayonunun yuxarıbaş adlanan ərazisində yerləşən seçki məntəqəsinin önündəki namizədlərin təbliğat-təşviqatı üçün nəzərdə tutlmuş lövhədə, güya digər namizəd Məzahir Şahvələdovun nümayəndələri Novruzəli Aslanovun şəkillərini cıraraq yararsız hala salıblar. Bu məsələylə bağlı Məzahir Şahvələdov cumhuriyyet.az-a bildirib ki, bütün bunlar ona qarşı birbaşa Novruzəli Aslanovun göstərişi ilə həyata keçirilən çirkin əməllərdir: “Mənim nümayəndələrim heç kimin şəklini cırmayıb və bu ucuz təbliğatdan bizim yararlanmaq fikrimiz də yoxdur. Novruzəli Aslanovun şəkillərini öz nümayəndələri cırır və haray-həşir salırlar. Onlar hesab edirlər ki, bu üsulla Novruzəli Aslanovun ictimaiyyət arasındakı olmayan nüfuzunu yaratmağa nail olacaqlar. Bəyəm Novruzəli Aslanovun İsmayıllı üçün gördüyü hansı yaxşı əməli var ki, hələ bir yenidən üçüncü dəfə də deputat olmaq üçün onlardan səs istəyir? İsmayıllı hadisələri dövründə rayon əhalisini, həbs olunanları meydanda necə tək qoymasını hər birimiz kimi bütün İsmayıllı əhalisi də unutmayıb. Ali tribunada təmsi olunan Novruzəli müəllim niyə bir qrup deputatla fraksiya yaradıb İsmayıllı məhbuslarına dəstək nümayiş elətdirmədi?Sadaladıqda çox suallar meydana çıxır. Bir neçə gün əvvəl Novruzəli müəllimi az qala Lahıcdan qovublar. Orada o camaatın sərt təpkisi ilə qarşılaşıb. Bəlkə bunu da bizim adımıza yazsın? Mən bir daha qeyd edirəm ki, belə qeyri-qanuni üsullar yolverilməzdir. Mən hesab edirdim ki, dünən bu məsələ bitdi. Ancaq bu gün yenidən məni dairəyə çağırmaqla artıq görürəm ki, bunların fikri başqadır. Məsələn, məndə məlumat var ki, şəhər 1-saylı tam orta məktəbində yerləşən 2-saylı məntəqənin sədri və onun Yap üzvü olan oğlu açıqca Novruzəli Aslanovun təbliğatı ilə məşğuldurlar. Sual olunur buna qanun icazə verirmi?Əgər dsk-a doğurdanda obyektivliyin, şəffaflığın tərəfdarıdırsa onda zəhmət çəkib belə qanunsuzluqlar haqqında tədbir görsün. Mən Novruzəli Aslanovu və digər namizədləri İsmayıllı əhalisinin qarşısında açıq debata çağırıram. Buyursun gəlsinlər. Əgər hörmətli Novruzəli müəllim özünə arxayındırsa, hesab edirsə ki, rayonda yüksək nüfuza sahibdir, onda gəlsin meydana. Gözləyirəm”.
Sözügedən yazımızdan sonra İsmayıllı rayonundan cumhuriyyet.az-a ilginc müraciət daxil olub. Belə ki, adının çəkilməsinin istəməyən məntəqə sədri 86 saylı DASK-da baş verənlərlə bağlı cumhuriyyet.az-a ilginc məlumatlar verib. Onun sözlərini olduğu kimi diqqətinizə çatdırırıq: “Mən xahiş edirəm adımın gizliliyini təmin edəsiniz. Yazılarınızı izləyir və Məzahir Şahvələdovun fikirlərini yüksək dəyərləndirirəm. Əvvəla siz bu seçkidə İsmayıllı dairəsindən irəli sürülmüş namizədlərə baxın. Burada hamısı həkimlər, müəllimlərdir. Yəni ictimaiyyət içərisində demək olar ki, tanınmayan şəxslərdir. Burada Novruzəli Aslanova qarşı dura biləcək tək alternativ Məzahir Şahvələdovdur. Novruzəli müəllim yaxşı bilir ki, Məzahir Şahvələdovun ictimaiyyət arasındakı nüfuzu ondan qat-qat yüksəkdir. Buna görə də bu cür yollara əl atır. Görün o təbliğatı kimlərlə aparır? Adını düz yaza bilməyən idmançılarla. Əslində bizlərə yuxarıdan tapşırılıb ki, nə edirsiniz edin, qutudan Novruzəli Aslanov çıxmalıdır. Bu belə də olacaq. İndidən karusel əməlliyatı üçün hazırlıqlar gedir. Siz nəyi qoyub, nəyi axtarırsınız. Bacarırsınız bütün məntəqələrə nümayəndələrinizi qoyun ifşa edin. Bir də ki, yuxarının xeyir-duası var ki, Novruzəli Aslanova qarşı güclü rəqib olmasın. Buna görə də plan belədir ki, onun haqqında belə şər-böhtanlarla MSK-ya müraciət olunaraq seçkiyə kimi namizədliyini ləğv etmək. Ona görə də ayıq-sayıq olmalıdır. Qalan seçki filan boş-boş şeylərdir. Novruzəli müəllim artıq təyin olunub. Bu tək burda deyil, bütün respublikada aparılan işdir. Boş, mənasız yazılardansa daha ciddi işlər görün. Əgər istəyirsinizsə ki, onların bu planı baş tutmasın, onda daha ciddi işləməlisiniz. Onda bəlkə seçkinin nəticələrini ləğv elətdirə bildiniz. Bircə şeyi unutmayın, bu seçkidə rayonda misli görünməmiş saxtakarlığa hazırlıq gedir”.
Redaksiyadan:Cumhuriyyət. az olaraq məntəqə sədrinə bizi bilgiləndirdiyinə görə dərin təşəkkürümüzü bildiririk. Biz də öz növbəmizdə söz veririk ki, əhdimizə əməl edərək onun kimliyini gizli saxlayacağıq. KİV haqqında qanuna uyğun olaraq yazıda adları keçən qarşı tərəfin də fikir və mülahizələrini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.