Rüstəm Xəlilova Sabirabaddan ismarıc var: "GƏLMÖÜN"... - Deputatın üzünü heç televizorda da görə bilməyiblər

14-10-2015, 12:05           
Rüstəm Xəlilova Sabirabaddan ismarıc var: "GƏLMÖÜN"... - Deputatın üzünü heç televizorda da görə bilməyiblər
64 saylı Sabirabafd İkinci Seçki Dairəsindən yenidən deputat seçilmək istəyən Rüstəm Xəlilova Sabirabaddan ilginc müraciət ünvanlanıb. Bu barədə DİA.AZ-a yazan Sabirabad sakinləri bildirir ki, 5 il ərzində Rüstəm Xəlilovun üzünü heç televizorda da görə bilməyiblər.

Dia.az-a daxil olan müraciətdə deyilir: "Camaatın deputatı heç olmasa arabir beynəlxalq aləmdən olsa da danışır. Bizimki ağzına su alıb, oturub. Belə lal deputatdansa 64 saylı dairəni birdəfəlik ləğv etsələr yaxşıdır".

Sakinlər Rüstəm Xəlilova müraciətlərində bildirirlər ki, onlar dəfələrlə deputatla görüşmək istəyiblər: "Amma bu görüş 5 ildə baş tutmadı. Ona görə də sizə dia.az vasitəsilə çatdırırıq: Sabirabada GƏLMÖÜN!!!"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru