Xaləddin İsgəndərovun həbsi yenidən gündəmdə gəlir

17-10-2015, 09:04           

Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun başı yenə dərddədir. Bir müddət əvvəl Azadlıq prospektində 16 nəfərin ölümü ilə nəticələnən yanğına görə hədəfə gələn icra başçısı indi də Bakı Beynəlxalq Avtovağzalı ərazisində baş verən sürüşməyə görə suçlu bilinir.

Qeyd edək ki, həm Fövqəladə Hallar Nazirliyi həm də avtovağzalın rəhbərliyi bu məsələdə məsuliyyəti Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə atıb. Səbəb kimi sürüşməyə məruz qalan yolun Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən çəkilməsi göstərilir.

İstiqlal.az-a daxil olan məlumata görə, FHN və avtovağzal rəhbərliyinin açıqlamalarından sonra həmin yolla bağlı ciddi araşdırmalara başlanılıb.

Bildirilir ki, yolun çəkilişinə ayrılan vəsaitin qaranlıq məqsədlərə sərf edildiyi və layihənin keyfiyyətsiz şəkildə həyata keçirildiyi düşünülür. Əgər araşdırmalar nəticəsində bu ehtimal təsdiqini taparsa o zaman Xaləddin İsgəndərovun vəziyyəti heç də yaxşı olmaya bilər. İddia olunur ki, məsələ hətta icra başçısının həbsinə qədər dərinləşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru