Elmira Axundovanı mətbuatın gündəminə gətirən DYP rəisi kimdir?

17-10-2015, 23:37           
Elmira Axundovanı mətbuatın gündəminə gətirən DYP rəisi kimdir?
Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Belə ki, bu günlərdə Milli Məclisin deputatı Elmira Axundova Xəzər TV –də çıxışı zamanı vurğulamışdı ki, Masallı rayonun da yol nəqiliyyat hadisəsi zamanı ölüm faktları durmadan artır.

Bu da onu deməyə əsas verir ki, DYP əməkdaşları işin öhtəsindən layiqincə gələ bilmir. Əldə etdiyimiz məlumatlara görə Elmira Axundovanın məlum çıxışından sonra rayonun DYP-nin rəisi BDYPİ-nə çağrılaraq töhmət verilib.

Bundan qəzzəblənən rəis maraqlı yollarla Elmira Axundovanı mətbuatın gündəminə gətirmək üçün dəridən-qabığdan çıxır. Dosye.org-un məlumatlarına görə “qəhrəman” rəis 71 sayli Masalli kənd dairəsindən namizədliyini yenidən irəli sürən Elmira Axundovanın təbliqat-təşviqat kompaniyasına maneçilik törədmək məqsədi ilə mətbuatdan istifadə edir.

Növbəti yazılarımız da məqalədə adı məxfi saxlanılan DYP rəisinin adı açıqlanacq. Və biləcəksiniz ki, DYP-nin rəisi hansı məqsədlə bu addımı atır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru