BAKI MERİYASINDA KORRUPSİYA CƏDVƏLİ

18-10-2015, 00:10           
BAKI MERİYASINDA KORRUPSİYA CƏDVƏLİ
BAKI MERİYASINDA UŞAQLARIN PAYINDAN MÜDHİŞ OĞURLUQLARI ƏKS ETDİRƏN CƏDVƏL
Hamımızın baxmış olduğu “Qanun naminə” bədii filmində belə bir repizod var: Əsərin qəhrəmanı prokuror Mehman cinayətkarları bir-bir xəyalına gətirir. Dindirilənlərin xəyalı prokurorun gözlərini zillədiyi divarda əks olunur. Suvaqçı hər dəfə divara əhəng çəkəndə köhnə xəyal süpürülərək, yenisi ilə əvəzlənir. Xəyallardan biri gileylənir: “Mənə deyirlər ki, guya uşaqların payını yemişəm…” Başqa bir epizodda isə fermanın camışlarının buynuzuna şikayətnamə taxıb prokurorun evinə göndərirlər. Eh, indi hanı o prokuror ki, öz yaxınlarının belə adının ləkələnəcəyindən qorxmayıb Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin haramxorlarını divara dirəyə, sonra da süpürüb ata qoduqluğa? Hanı o hüquq-mühafizəçisi ki, ölümü belə gözə alıb Bakı meriyasındakı “Qaloş”u ifşa eləyə…?

Bakı şəhər İcra Hakimiyyətinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı apardığı korrupsiya idarəçilik siyasətinə qarşı çıxan tərəqqipərvər vətəndaşlardan saytımıza dəstək gəlməkdədir. İnformatorlarımız meriyanın həmin müəssisələrə verdiyi ərzaq məhsullarının və geyim dəstlərinin qaimə – faktura üzrə qiymətlərini əks etdirən cədvəli bizə göndəriblər. Bu isə imkan verir ki, həmin mal-material qiymətlilərinin rəsmiləşdirildikləri rəqəmlərlə bazar qiymətlərini tutuşduraq. Gəlin həmin fərqli kəmiyyətlərə bir yerdə göz yetirib mənimsənilən pulların toplam kəmiyyəti barədə təsəvvürlərimizi dəqiqləşdirməyə çalışaq.

Novruz bayramında uşaq müəssisələrində gündəmə gələn “Kosa” geyiminin bazar qiyməti 15 (on beş) manat olduğu halda, bu “xüsusi əl işi”nə Eldar Yunisifovun qoyduğu şişirdilmiş qaimə-faktura qiyməti 225 (iki yüz iyirmi beş) manatdır. Eləcə də “Bahar qız”ın geyimində bu fərq 180 (bir yüz səksən: 200-20), “Keçəl”in paltarında isə 115 (bir yüz on beş: 135-20) manata çıxır. Yeni ildə səhnəyə çıxan “Şaxta baba”nın əyin-başı 15 (on beş) manata başa gəldiyi halda 220 (iki yüz iyirmi) manata rəsmiləşdirilir. “Qar Qız”ın 20 (iyirmi) manatlıq zərzibası 218 (iki yüz on səkkiz) manata hesaba alınır. Uniforma dəstində fərq 27 (iyirmi yeddi: 37-10) manat eləyir. İnventarların siyahısında Prezidentin hədiyyəsi kimi uçota alınan LC kompyuterlərinin Bakı şəhər Təhsil İdarəsi üzrə qaimə-faktura qiyməti 1220.30 AZN olduğu halda, Məktəbəqədər Təhsil Müəsisələri və Uşaq Evləri İdarəsininn qaiməsində bu məbləğ 1056.00-a çatır. Dövlə tbaşçısının lütfünün başqa bir təzahürü olan A4Hp printerinin qiymətindəki fərq, müvafiq olaraq 172 (bir yüz yetmiş iki: 470-308) manat, dördgözleü elektrik peçinin qiymət fərqi 1750 (bir min yeddi yüz əlli: 3600-1850) manat təçkil edir. Soyuducunun (1056-700), paltaryuyan maşının (850-290), iki mərtəbəli çarpayının (550-201), müəllim stolunun (240-180), “panasonik” elektrik ətçəkən maşınının (420-280) və digər inventarların da qiymətlərində dərin uçurum vardır.
\
Deyək ki, mövsümi paltarlar, inventarlar ildə bir və ya bir neçə dəfə alınan mal-material qiymətliləridir. Amma daha çox yeyintiyə gündəlik xərclənən ərzaq mallarının istehlaka silinməsiylə yol verilir. Bildirilir ki. menyu tərtib edən zaman müəssisə rəhbərlərindən bir uşaq üçün gündəlik norma kiçik qrup üzvünə 3.40 qəp., bağça qrupunun uşağı üçün 3.90 qəp. yazılması tələb olunurdu. 2014-cü ildən başlayaraq, İdarədə məktəbəqədər təhsil müəssisələrinə hazır menyu tərtib edilir. Həmin menyu üzrə bir uşaq üçün gündəlik norma 5.0 manatı da keçir. Əgər əvvəllər 3.40 və 3.90 qəpikdən artıq çıxan menyu “qırmızı” sayılırdısa, indi Raniz Hacıyevə sərf etdiyi üçün heç bir problem olmur. Cədvələ nəzər saldıqda aşkar görünür ki. menyunu bazar qiymətləri ilə tərtib etsək, bir uşaq üçün gündəlik qida istehlakı 2 (iki) manatı keçməyəcək. Adamıl dəhşət bürüyür ki, bazar qiyməti 40 qəpik olan çörək 2013-cü ildə qaimə üzrə 72, 2014-cü ildən tətbiq olunan yeni qiymətlərə görə 88 qəpiyə uşaqlara “yedizdirilir”. :6 qəpiklik ən ucuz peçenye 2.50 manata, 55 qəpiklik dadsız vafli isə 2.90 manata “həzm” edilir. Söz yox ki, bütün bu korrupsiya və maxinasiyalardan ŞİH başçısı H. Abutalıbovun xəbəri var. Çünki ondan rüsxət almadan bu sistemdən necə deyərlər, “quş da səkə bilməz”.

Uşaq bağçalarında korrupsiya dedikdə, ilk növbədə adamın ağlına 150 manat maaş alan müəssisə rəhbərinin valideyndən uşaq qəbulu zamanı aldığı 20-50 manat rüşvət gəlir. Çünki bu, üzdə olan neqativ haldır. Amma minlərlə uşağın yeməyinə ayrılan milyonların mənimsənilməsi isə gözə görünmür.
Mövzuya qayıdacağıq.




reqionxeberleri.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.