Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?
19-02-2019, 12:49

Teref.az saytına Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Səxavət Məmmədovdan şikayət daxil olub. Goranboy sakini ölkə rəhbərliyinə ünvanladığı şikayətin bir surətini teref.az-a göndərib. Şikayətçi yazır:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının 1 –ci vitse prezidenti xanım Mehriban Əliyevaya
Surəti : Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədova
Surəti : Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramova
Surəti : “ Azərbaycan Respublikasının Dəmir Yolları “ QSC –nin sədri, millət vəkili cənab Cavid Qurbanova
Surəti : Azərbaycan Respublikasının Milli Məclisinin deputatı cənab Ağalar Vəliyevə
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (OMBUDSMAN) xanım Elmira Süleymanovaya
Surəti : Azərbaycan Respublikasının KİV –nə, sayt rəhbərlərinə, sosial şəbəkələrə, televiziya kanallarına
Goranboy rayonu Qızılhacılı qəsəbə
sakini, hüquqları pozulmuş, məmur
özbaşnalığının qurbanı olmuş,
İNTİHAR etməyə məcbur qalan vətəndaş Eminov Neman Bayram oğlu tərəfindən
Ş İ K A Y Ə T
Cənab Prezident !
Hörmətli Mehriban xanım !
Siz dəfələrlə vəzifəli şəxslərə, dövlət məmurlarına tapşırıqlar verirsiniz ki, vətəndaşları incitməyin, obyektivliyi, ədalətliliyi bərpa edin, şəffavlığı təmin edin, vəzifənizdən sui istifadə etməyin, vətəndaşları incitməyin, vətəndaşlara yuxarıdan aşağı baxmayın.
Çox təəssüflər olsun ki, yerlərdə yuxarıda qeyd etdiklərimə riayət edən məmurlar çox azdır.
Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Səxavət Məmmədov yuxarıda qeyd etdiklərimin, Sizin verdiyiniz tapşırıqların tam əksinə gedir, elə bir vəziyyət yaradıb ki, mən özümü İNTİHAR etmək yaxud, Azərbaycan Respublikasını tərk etməyi qərarlaşdırmışam. Goranboy təhsili, tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri HƏRRACA qoyulub. Goranboy təhsili bərbad gündədir. Goranboy rayonunun Təhsil Şöbəsi, tabeliyində olan ümumtəhsil məktəbləri, xüsusi ilə rayonun Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbi demək olar ki, dağılıb, bu məktəbdə ancaq, biznez, bazar siyasəti həyata keçirilir, təlimdən, tərbiyyədən, nizam – intizamdan danışmaq qeyri mümkündür.
Goranboy Rayon Təhsil Şöbəsinin müdürü Səxavət Məmmədov bilir ki, gəlib yoxlayan, araşdıran yoxdur, buna görə də öz bildiyi kimi təhsil şöbəsini idarə edir. Həmçinin Səxavət Məmmədov bildirir ki, “Azərbaycan Respublikasının Dəmir Yolları “ QSC –nin sədri, millət vəkili cənab Cavid Qurbanov mənim arxamda durub, mənə day – dayılıq edir."
Məni qəbul edən yoxdur, əgər, məni qəbul edən olsa Səxavət Məmmədovun mənim başıma açdığı oyunları, Goranboy rayon təhsilində , tabeliyində olan ümumtəhsil məktəblərində, xüsusi ilə Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində baş verənləri olduğu kimi, sübutlarla nəzərinizə çatdıraram, acınacaqlı faktların şahidi olarsınız.
Cənab Prezident , Siz bildirirsiniz ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Sizə və hörmətli Mehriban xanıma ümidlənirəm, Sizdən xahiş edirəm nəzarətə götürəsiniz və mənə köməklik göstərəsiniz.
İmza : N. B. Eminov
Tarix : 18 fevral 2019 – cu il