Rusiya Çini Krımda nəhəng layihəyə cəlb edir

30-06-2025, 08:34           
Rusiya Çini Krımda nəhəng layihəyə cəlb edir
Rusiya Çinin köməyi ilə Krımda liman və dəmir yolu tikmək istəyir.

Axra.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Məlumata görə, Krımın “rəhbəri” Sergey Aksyonov bildirib ki, Rusiya Federasiyasının “boz ixracat” üçün istifadə etdiyi Kerç dəniz limanının tikintisi, habelə Rusiya hərbi-dəniz bazasının yerləşdiyi Donuzlav gölünün infrastrukturunun çinli işçilərin cəlb edilməsi ilə tikintisi planlaşdırılır.

Yekun sazişi imzalamaq üçün Krımın “hakimiyyət orqanları” çinli inşaatçıları, o cümlədən dəmir yolu və nəqliyyat magistrallarının tikintisi üzrə ən böyük şirkətlərdən biri olan Çin Dövlət İnşaat Mühəndislik Korporasiyasını Krıma dəvət etməyi planlaşdırır.

Layihənin dəyəri 10 milyard dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru