Bu rayonların icra başçısı işdən çıxarılacaq - SİYAHI

12-03-2019, 07:48           
Bu rayonların icra başçısı işdən çıxarılacaq - SİYAHI
Yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən uzaqlaşdırılacaq.

Bu barədə Qlobal.az-a etibarlı mənbədən məlumat verilib.

Məlumata görə, son günlər ölkədə islahatların başlanması regionlarda da ciddi əks-səda doğurub. Eyni zamanda ölkə başçısının regionlara səfərləri də bir çox problemlərin olduğunu üzə çıxarıb.

Rayonlarda icra başçılarının fəaliyyəti isə qənaətbəxş deyil, həmçinin "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası zamanı da ciddi korrupsiya hallarına yol verilib, yerlərdə əhalinin sosial rifah hallarının yüksəldilməsi, yeni iş yerlərinin açılması üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitlər təyinatı üzrə xərclənməyib.

Bu proqram üzrə rayonların abadlaşdırılması, işsizliyin aradan qaldırılması nəzərdə tutulsa da, bu səhədə ciddi və köklü həll edilməli problemlər yaranıb. Bir sözlə, etimadı doğrultmayan icra başçıları fəaliyyətlərində nöqsanlara yol verib, əhalini kütləvi şəkildə narazı salıblar.

Mənbə deyir ki, yola salınacaq icra başçıları ilə bağlı Prezident Adminstrasiyasına və müvafiq dövlət qurumlarına çoxsaylı şikayət məktubları da daxil olub.

İlkin məlumata görə, vəzifədən çıxarılan və yeni təyinat almayan icra başçıları aşağıdakılardır:

- Lənkəranın icra başçısı Taleh Qaraşov,
- Lerikin icra başçısı Rövşən Bağırov
- Bərdənin icra başçısı Vidadi İsayev
- Masallının icra başçısı Rafil Hüseynov
- Tovuzun icra başçısı Məmməd Məmmədov (2018-ci ildə təyin olunub)
- Astaranın icra başçısı Qəzənfər Ağayev
- Biləsuvarın icra başçısı Mahir Quliyev
- Samuxun icra başçısı Alı Qocayev
- Tərtərin icra başçısı Müstəqim Məmmədov
- Hacıqabulun icra başçısı Əhməd Muxtarov
- Şirvanın icra başçısı Mərdan Camalov
- Ağsunun icra başçısı Ənvər Seyidəliyev
- Qəbələnin icra başçısı Səbuhi Abdullayev
P.S. Teref.az-a verilən məlumata görə şikayətlər üzrə qabaqcıllardan olan Salyan rayonunun icra başçısı Sevindik Hətəmovda gedənlərin siyahısındadır. Təkcə vətəndaşların şikayətləri ilə bağlı deyil, eyni zamanda ötən il üzrə aqrar göstəricilərində də Salyan rayondan pis nəticələrin olması Sevindik Hətamovun işdən alınmasını tezləşdirə bilər. Bundan başqa Salyanda təhsil üzrə göstəricilər, eyni zamanda səhiyyə sahəsindən əhali narazılıqlarının çoxalması vəziyyəti bir qədər də qəlizləşdirib.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru