Keçmiş MTN rəhbərliyi təkcə Etibar Əliyevin yox, onun dostunun da başına oyun açıb - Akif Qurbanov dostuna görə 9 ay MTN-də əziyyət çəkib

10-11-2015, 16:42           
Keçmiş MTN rəhbərliyi təkcə Etibar Əliyevin yox, onun dostunun da başına oyun açıb - Akif Qurbanov dostuna görə 9 ay MTN-də əziyyət çəkib
Ötən həftə mətbuatda gedən xəbərdən bəlli oldu ki, MTN-nin Baş itintaq idarəsinin rəis Mövlam Şıxəliyev vəzifəsindən qovularaq istintaqa cəlb olunub. Mətbuatın yaydğı digər məlumata görə, bir neçə il əvvəl Texnika Bankın həbs olunan Müşahidə Şurasının sədri Etibar Əliyev yenidən Texnika Bankın Müşahidə Şurasının sədri vəzifəsinə qayıdıb. Redaksiyamıza daxil olan informasiya da yuxarıdakı məlumatlarla bağlıdır. Belə ki, redaksiyamıza daxil olan informasiya Etibar Əliyevin yaxın dostu olan, tanınmış iş adamı Akif Qurbanov barəsindədir. Məluma görə, bir neçə il əvvəl, yəni Etibar Əliyevin həbsindən sonra onun yaxın dostu olan Akif Qurbanov bir toy məclisində MTN-nin Baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevlə bir masa arxasında oturmalı olub.

Toy məclisində söhbət Etibar Əliyevdən düşür və Mövlam Şıxəliyev Etibar Əliyevin arxasınca nalayiq söyüşlər söyməyə başlayır. Bunu eşidən Akif Qurbanov Mövlam Şıxəliyevlə sərt formada mübahisə edir. Toydan çıxan Mövlam Şıxəliyev Akif Qurbanova xəbərdarlıq edir ki, onun gününü qara edəcək. Doğrudan da elə olur. Mövlam Şıxəliyev Akif Qurbanovun ölkədən çıxışına 9 ay qadağa qoymağa nail olur. Və hər dəfə də Akif Qurbanovu MTN-ə çağırtdırıb ondan 5 milyon pul tələb edir. Ancaq Akif Qurbanov özündə cəsarət taparaq hər dəfə ona cavab verir ki, məndə 5 milyon hardan, mən həyatda milyon yox, ancaq limon görmüşəm… Daxil olan məlumatdan bəlli olir kİ, MTN hadisələrnin qurbanlarının sayı getdikcə artır. Hazırki olayda isə Akif Qurbanov dostu Etibar Əliyevi kişi kimi müdafiə edərək onun güdazına gedib.

P.S. Akif Qurbanov bizim əməkdaşımızla söhbətdə bildirdi ki, vaxtı ilə Mövlam Şıxəliyev Etibar Əliyevin arxasınca gəzərək onunla dostluq etməkdən qürur duyurdu. Ancaq Etibar Əliyev həbs olunan kimi, onun dalınca nalayiq söyüşlər söydü və mən tərəfindən layiq olduğu cavabı aldı. Baxmayaraq ki, həmin cavaba görə mən və mənim oğlum Vüqar Qurbanov MTN rejimindən 9 ay əziyyət çəkmişik.

Qafqaznews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.