Ağsu "Mero"da Biznes şəbəkəsi :-Bir qolu Leysanova gedib çıxır-ARAŞDIRMA

25-11-2019, 00:03           
Ağsu "Mero"da Biznes şəbəkəsi :-Bir qolu Leysanova gedib çıxır-ARAŞDIRMA
Prezident İlham Əliyevin 20 iyun 2019-cu il sərəncamı ilə, Daxili işlər naziri General Polkovnik Vilayət Eyvazov təyin olunduqdan sonra həqiqədən də Daxili İşlər orqanlarında yüksək canlanma başlamışdır.
Belə ki,polis sistemində rüşvətxorluğun,korrupsiyanın aradan qaldırılması yönündə mühüm addımlar atılır və polislərin vətəndaşlar ilə rəftarında yüksək dönüş yaradılmışdır.Amma nədənsə Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidə həmişə olduğu kimi yenədə öz ampulasında davam etməkdədir.
Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsini “prava bazarı” adlandırmaq daha doğru olar. Ağsu “Merosu”nda əlavə pul vermədən sürücülük vəsiqəsi sahibi olmaq və ya nəqiliyyat vasitəsini texniki baxışdan keçirmək mümkün deyil. Nəqiliyyat vasitəsini texniki baxışdan keçirmək istəyirsənsə bunun üçün 70-80 manat pul ödəməlisən. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı nişanına gəlincə, idarə etdiyin avtomobilin qeydiyyat nişanını dəyişmək və ya yaşadığın ünvana qeydiyyata salmaq üçün 200-300 manat qədərində pul xəricləməli olursan. (Bundan başqa idarə etdiyin avtomobilin bahalı olub olmaması da oxunan məbləğin artmasına səbəb ola bilir).
3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində vətəndaşları əsasən Nəqliyat vasitəsinin adlarına keçirilməsi zamanı daha çox incidildiyini bildirilir. Avtomobillərin texniki baxışı zamanı isə dövlət rüsumu haqda danışmaq bu idarədə “lətifə” danışmaq kimi bir şeydir. İdarədə konkret olaraq hər şeyin özünün “qiyməti” və “qaydaları” var. “Açıq bazar” prinsipləri ilə idarə olunan 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsi əhali arasında da “Prava bazarı” kimi tanınır. Hər gün şöbənin qarşısında dayanan 10-larla nəqliyyat vasitələrininin sahiblərinin hər birinin bu şöbədə ciblərinin boşaldıldığını düşünsək, burda toplanan pulların az rəqəm olmadığını ortaya çıxarmış olarıq. Unutmayaq, hər gün eşitdiyimiz ağır avtomobil qəzalarının əksəriyyətinin günahkarı sürücülük vəsiqəsini pulla kimə gəldi satan İmtahan-Qeydiyyat Şöbələrinin əməkdaşlarıdılar ki, ən azından hər birimizin tanıdığımız hansı bir əzizimiz bunların rüşvət oyunlarının güdazına gediblər.
Mənbə bildirir ki,Meronun rəisi eks baş nazirin muavini Abid Şərifovun yaxın qohumu Ayaz müəllimdir.Ayaz müəllim rəis təyin olunandan onu iş yerində tapıb görmək və ya qəbuluna düşmək həqiqətən müşkül bir məsələyə çevrilmişdir.Lakin rəisin bütün işlərini məsuliyyəti ilə öz üzərinə götürən və Ağsu Merosunda “prava bazarına”başçılıq edən Elman və Şahin cütlüyüdür.Beləliklə vətəndaşlar sürücülük vəsiqəsim almaq üçün əvvəl onu Elman müəllim qəbul edir qiymətin oxuyur və son həddə guya vətəndaş tərəfindən çıxış edən Şahin adlı şəxs ortaya girib qiyməti razılaşdıraraq öz xeyirlərinə ortaq bir rəqəm qismində razılaşırlar.
Rəisin muavini Elman adlı şəxs öz kobudluğu ilə xüsusi olaraq seçilir.XəbərAl.az saytına bəzi vətəndaşlar bildirdilər ki,həqiqətən Ağsu Merosuna işin düşdüsə insanın cibi alma qabığı kimi soyulur.Necə deyəlillər Elman və Şahin cütlüyü “biri od o biri isə su” rolunu oynayır. Ölkənin yeni Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazov, barəsində vətəndaş narazılığı olan polis idarə və şöbələrinin rəislərini işindən azad etməsi faktlarına tez-tez rast gəlinir və bizim bu yazımızdan sonra Ağsu Merosu ilə bağlı ciddi ölçü götürülüb burada baş verən qanunsuzluqların qarşısı alınacağına ümüd edirik.
Adının çəkilməsini istəməyən İsmayıllı rayon sakininin verdiyi məlumata görə, idarənin rəis müavini Elman adlı şəxs sürücülük vəsiqəsi üçün ondan 1000 manat pul tələb edib. Şikayətçinin bildirdiyinə görə, 1000 manat verdikdən sonra 2 dəfə imtahanda iştirak edib, güya imtahandan kəsildiyi haqda sənəd yazılmalı, 3-cü dəfə isə sürücülük vəsiqəsini verməlidirlər. Bundan başqa bankın ödənişini də özü keçirməlidir. 3 dəfə İsmayıllı rayonundan ağsuya gəlib – getmək, bundan əlavə bank ödənişinində şəxsin özünün ödəməsi onu göstərir ki, sürücülük vəsiqəsi almaq üçün həmin şəsxin 1500 manat pulu olmalıdır. 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsində vətəndaşları əsasən nəqliyat vasitəsinin adlarına keçirilməsi zamanı daha çox incidildiyini bildirilir. Avtomobillərin texniki baxışı zamanı isə dövlət rüsumu haqda danışmaq bu idarədə “lətifə” danışmaq kimi bir şeydir. İdarədə konkret olaraq hər şeyin özünün “qiyməti” və “qaydaları” var.
Deyilənə görə Ağsu Merosundaki bahalaşmanın və özbaşınalığın bir hissəsi də bu vəzifəyə yenicə təyinat almış Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini Afiyyəddin Leysanova bağlanır.Göründüyü kimi, bəzi DYP rəhbərlərinin Prezidentin göstərişindən öz mənfəətləri üçün faydalanmaları ehtimalı istisna olunmur. Bu işdə ən “uğurlu” tapıntı isə Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat İdarəsinə aiddir. Qurumun rəis müavini, Polkovnik-Leytinat Afiyyədin Leysanovun adı ətrafında mətbu orqanlarında əvvəllər də gedən bir sıra məlumatlar da bu “kəşfin” təsadüfi olmadığından xəbər verir. Qeydiyyat-İmtahan İdarəsində yenə – (“Köhnə hamam, köhnə tas”dır…)
İddialara inansaq, Afiyyədin Leysanov məhz bu qabiliyyətinin sayəsində özünün təsərrüfatını xeyli şəxaləndirib. Onun qazanc mənbələri arasında maşın nömrələrinin dəfələrlə baha qiymətə satışından tutmuş, sürücülük vəsiqəsinin ticarətinə qədər, çox geniş spekrtli biznes imkanları dayanır.
Beləliklə Ağsu Merosunda da bir şəbəkə yaradılaraq bu səbkidə geniş biznes qurulub.İnanırıq ki,bu cür özbaşınalığın qarşısı alınıb baha qiymətə satılan sürücülük vəsiqələrini günü-gündən qəzaların artmasının qarşısını aidiyyatı qrumlar tez bir zamanda alacaqlar.
Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.
Mənbə: XəbərAl.az
https://xeberal.az/aktual/14412/agsu-merosunda-biznes-s%C9%99b%C9%99k%C9%99si-v%C9%99-bir-qoluda-leysanova-gedib-cixir-arasdirma/?fbclid=IwAR2b2Cl0xl35dhRO1s_jpxCjsNb9BMT30S61v0R4a3HHJGVXF66lTc8LyjE












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.