Beyləqanın şefi ilə müavini arasında çəkişmə.. - İDDİA

19-12-2019, 11:03           
Beyləqanın şefi ilə müavini arasında çəkişmə.. - İDDİA
Beyləqan İcra Hakimiyyətində kuriyoz hadisə baş verib. Başçı Asif Ağayevin göztərişi ilə birinci müavini Telman Məstanov qəbuldan çıxarılıb..
Bu hadisə qəbula gələnlərin gözləri qarşısında baş verib. PİA.az-a Beyləqandan daxil olan məlumata əsasən İcra Hakimiyyətindəki qəbulda iştirak etmək üçün tədbir başlamazdan əvvəl zala gələn Telman Məstanov başçının təlimatı ilə qəbuldan çıxarıblar. Belə ki, başçının köməkçisi Məstanova yaxınlaşaraq Asif Ağayevin onu burda görmək istamadiyini deyib və zalı tərk etməsini istəyib.

Telman Məstanov da sakitcə zaldan çıxaraq sahibi olduğu "Likoil" yanacaq doldurma məntəqəsinə gedib. Qeyd edək ki, Asif Ağayev Beyləqana başçı təyin olunduqdan sonra Telman Məstanovla yola getmədiyini və onu işdən çıxarmaq istədiyini, lakin buna nail olmadığını rayonda çoxdan danışılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru