Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... - "Tapşırıq verib ki..."

21-01-2020, 12:17           
Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB... - "Tapşırıq verib ki..."
Kəmaləddin Qafarov rəqibinə qarş SAVAŞ AÇIB...
Binəqədi rayonunda mənzil istismar idarələri ("jek”lər) – süpürgəçilərə və digər işcilərə tapşırıq verib ki, mənim şəkillərimi lövhədən başqa harda gördülərsə qoparsınlar. Yəni, dükan və ya şəxsi obyektlərdə şəkillərimi YAP rayon təşkilatı və keçmiş deputat görmək istəmir.

Teref.az aktual.az-a istinadən xəbər verir ki, bunu 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən deputatlığa namizəd, "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova deyib.

"Mən həm də Sizin daha yaxşı yaşamanız, küçələri süpürəndə maşınların vurub öldürməməsi, əməyinizin istismar edilməməsi, şəkillərin yığışdırılması ümidinə qalanlar – həm də Sizin layiqli vətəndaş olmağınız üçün calışıram. Gəlin dəyişək!Fərqi onsuz da vətəndaş bilir!”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, həmin dairənin deputatı Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Kamaləddin Qafarovdur.

YAP ikinci dəfə onun namizədliyini dəstəkləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru