Azər Kərimli Qaxda pul paylamağa başladı – DSK sədrinə 150 min, məntəqə sədrlərinin hər birinə 3 min manat

4-02-2020, 07:09           
Azər Kərimli Qaxda pul paylamağa başladı – DSK sədrinə 150 min, məntəqə sədrlərinin hər birinə 3 min manat
112 saylı Qax seçki dairəsindən narahatlıq doğuracaq məlumatlar daxil olmaqdadır. Belə ki, Qax rayonunda seçki prosesi neqativ hallarla müşahidə edilir. Dairə Seçki Komissiyasının sədri Abdulkərim Əliyev rayon rəhbərliyinin təlimatları ilə hərəkət edərək, hazırkı deputat Azər Kərimlinin pul təklifinə razılıq verib.

Qax.org.az saytının əldə etdiyi məlumata görə, DSK sədri Abdukərim Əliyev seçki gününə qədər Azər Kərimlinin əsas rəqibi olan və hazırda Qax sakinləri arasında xeyli nüfuza malik Əhməd Şahidovu zərərsizləşdirmək üçün 150 min manat alıb və hər bir məntəqə sədri üçün əlavə 3 min manat istəyib. Deputat Azər Kərimlidən cəmi 350 min manat alan Abdulkərim Əliyev seçki günü “karusellər”, “topa bülletenlər” və digər yeni variantlar həyat keçirməyi öz üzərinə götürüb.

Görünən odur ki, artıq indidən 112 saylı Qax seçki dairəsində total saxtakarlıqlar və qanun pozuntuları qaçılmaz olacaq.
Teref.az olaraq məqalədə sadalanan ittihamlarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru