Ramil Göyüşovun seçki qərargahı video yaydı – Qazaxda seçkilərə necə müdaxilə edilir?

8-02-2020, 08:16           
Ramil Göyüşovun seçki qərargahı video yaydı – Qazaxda seçkilərə necə müdaxilə edilir?
107 saylı Qazax Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Ramil Göyüşovun seçki qərargahı təbliğat-təşviqat kampaniyasının yekununda video yayıb. Həmçinin, namizəd özü seçicilərinə müraciət edib.

Videomaterialda seçki kampaniyası dövründə yerli icra hakimiyyətinin seçkilərə müdaxilə faktları təqdim olunur. R. Göyüşovun nümayəndələri seçki pozuntuları barədə ətraflı məlumat verirlər.

Daha sonra namizəd Qazax rayonun icra başçısının seçkiyə müdaxiləsi haqqında danışır və onun əməlləri ilə bağlı Respublika Prokurorluğuna məlumat verdiyini açıqlayıb, barəsində qanuna uyğun ölçü götürüləcəyinə inandığını bildirib. Ramil Göyüşov bütün qanunsuzluqlara rəğmən seçiciləri seçkidə aktiv iştirak etməyə çağırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru