Səfər Mehdiyevin qohumlarının şirkəti üzə çıxdı - FOTO

11-05-2020, 00:01           
Səfər Mehdiyevin qohumlarının şirkəti üzə çıxdı - FOTO
Teref.az yazır ki, məşhur araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yeni araşdrmasını paylaşıb. Cavanşir Həsənli araşdırmada yazır:
"SUMQALA TİKİNTİ TƏCHİZAT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ilin fevralın 4-də Dövlət Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin qaynı İlham Qulu oğlu Tarquliyevin təsisçiliyi ilə qeydiyyatdan keçib.
MMC-yə Səfər Mehdiyevin digər yaxın qohumu Kazım Mehdiyev rəhbərlik edir.
Bakı şəhəri, Yasamal rayonu, ƏLƏSGƏR ƏLƏKBƏROV 558, m. 29 ünvanında hüquqi qeydiyyatda olan şirkətin Naxçıvan Muxtar Respublikasında iri üzümçülük təsərrüfatı, alma və ərik bağları var.
Səfər Mehdiyevin qaynı indiyədək Babək rayonunda 250 hektar torpaq sahəsini (xüsusilə "Qarğabazarı" adlanan ərazi) əlində cəmləşdirə bilib. Ona məxsus 250 hektar ərazidə üzümlüklər salınıb.
Səfər Mehdiyevin qaynı bağların suvarılması üçün Gilançaydan və Bənəniyar su anbarından su xətti çəkdirib.
Şirkət hazırda sirkə istehsalı müəssisəsinin tikintisini də həyata keçirir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru