Keçən il təhvil verilən Kürdəmir qaçqın şəhərçiyində evlər bərbad vəziyyətdədir - Pullar mənimsənilib- İTTİHAM/FOTO

22-07-2020, 00:06           
Keçən il təhvil verilən Kürdəmir qaçqın şəhərçiyində evlər bərbad vəziyyətdədir
Teref.az yazır ki, Kürdəmirdə məçburi köçkünlər üçün salınmış qəsəbədə ev alıb 2019-cu ildə köçən məcburi köçkün Türkan Hüseynova 7 aydır köçdüyü evin bərbad gündə olduğundan şikayət edir. Türkan Hüseynova evə 7 aydır köçməklərinə baxmayaraq evin artıq pis günə qaldığını, evdə görülən işlərin hamısınn ala yarımçıq gözdən pərdə asmaq üçün görldüyünü yazır.
Teref.az olaraq Türkan Hüseynovanın şikayətini təqdim edirik:
"Türkan Hüseynova
İnşaat 3 (şirkət nümayəndələrindən sadəcə Rəhman bəyi bilirəm)

Salam Mənim şikayətim Kürdəmirdə Məcburi köçkünlər üçün tikilmiş İnşaat 3 şirkətinin(hər hansısa şirkətin qoludur amma onu tapa bilmədim) tikdiyi bina ilə bağlıdır.

Pollar,qapilar,oboylar yaman gundədir
Pollar aralanıb,çürüyür, və tilişkəlidir

Evə su damır
Pərdə karnizdə qalmır
Sment ovxam-ovxam olur
Balkon çat verib
Tualet-hamam hissəsinə isə heç girmek lazim deyil
Su ortada qalir
Bəzi evdə isə hava yolu yoxdu

Artıq 7 aydı yasayiriq bu şirkətin tikdiyi 2 binanın problemi bitmir
Bununla bağlı qaçqınkoma və s müraciət olunub
7aydan sonra tikinti şirkəti gəlib təmirə başlayib
Amma kiminki səsi möhkəm çıxır onun evin edirlər
Kimki sakitdir onu yola verirler
Usta bizə deyirki sizin ev yazilmayib sizin pol yaxsidi.

Neceki 7 aydı sözün əsil mənasında yola verirlər

Bu bizim pollardı
Mənim ustalara (ilk köçəndə- yanvar ayında) şikayətim əsasinda(bildirdimki ictimailəşdirəcəm) kağız şqulka (adini səhv yaza bilerem) verdilerki özünüz polu yonun
Özümüz polu yonduq ,lakladıq
Amma aparat lazimdir pol pol vəziyyətinə gəlsin
Pollar aralanir,batır,qaralır
Laklamamisdan öncə pol eskisini yerə atirdin yerdə yapışırdı, tərpətmək olmurdu

Bu binanın tikdiyi butun evlər bu haldadı
Zəhmət olmasa əlaqədar şəxslər varsa məsələyə əncam çəksinlər

Ps: Yazıla biləcək və üstünə düşülməli olan və ölkədəki ən böyük problemlerden biri olan yeyinti problemini ifadə edir bu şikayət . Siz ise buna əsassız şikayət deyirsiz.

Bu cür davam edin, çox şey qazanarsız!

Buna dövlət büdcə ayırıb ona uygun tikinti aparılıb
Burda bu qədər yeyinti olmasa idi binalarımız bu gündə olmaz idi

Bu mənim günahim deyil
Kimki şadlıq,naşükürlük deyir allah belə şadlıqdan onada nəsib etsin

25 ildi daş üstə yaşamışıq

Bunu tələb etmək mənim haqqımdır.
"

Teref.a olaraq aidiyyatlı qurmların mövqelərini bildirəcəklərinə ümid edərək cavablarını gözləyirik!
Teref.az

























Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.