“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...

28-11-2020, 09:18           
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu -
Gəncə Şəhər İcra Hakimiyyəti tenderin qalibini açıqlayıb
İcra Hakimiyyəti Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinin davam etdirilməsi, habelə 2020-ci il iyulun 11-də şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərində sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmirinin (əlavə işlərlə) satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “ƏRDAĞI” MMC olmuşdur

İcra Hakimiyyəti qalib şirkətə 1 milyon 997 min 796 manat ödəyəcək.
Teref.az xəbər verir ki, Nizamnamə kapitalı 10 manat olan "Ərdağı" MMC-nin Gəncə və ətraf rayonlarda tender qalibi olması ilk deyil. Bundan əvvəl də sözügedən şirkət bir neçə milyonluq tenderlərin qalibi olub. Bu şirkətin konkret olaraq kimə məxsus olması məlum deyil.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.