NBC bankda nələr olur

30-04-2015, 16:33           
NBC bankda nələr olur
Bu günlərdə mətbuatda açıqlama yayıldı ki, hüquq mühafizə orqanları Nurgün Motorsda yoxlamalar həyata keçirib. Hətta həbslərin olduğu və araşdırmalar aparıldığı barədə də bilgilər yayılmışdı. Lakin sonradan rəsmi dairələr informasiyanı təkzib etdilər.
Bundan əvvəl də Nurgün Motorsla bağlı olaraq mətbuatda bir neçə şikayətlər yayılmışdı. Hazırda Nurgün Şirkətlər Qrupu ilə bağlı müəmmalı məqamlar ortadadır. GUNDEMİNFO.AZ-a daxil olan məlumatlara əsasən bu holdinqə daxil olan digər maliyyə strukturlarından da şikayətlərlə bağlı olaraq araşdırmaların aparıldığı söylənilir.
Qeyd edək ki, NBC bank 1992-ci ilin dekabr ayının 17-də «Ruzi» Bank SKB olaraq yaradılıb.
Hazırda NBC bankın təsisçisi «Nurgün Qrup» MMM-dir. Hazırda NBC bankın İdarə Heyyətinin sədri yoxdur. Sədri müvəqqəti olaraq Elçin Məmmədov əvəzləyir. Bankın əmanətləri ilə bağlı olaraq ortada olan informasiyalar əsasən manatın bəlli devalvasiyasından sonra bu bankda əmanətlərin saxlanılması kreditlərlə bağlı qərarlar dəyişrilib.
Məlumata əsasən Mərkəzi Bank devalvasiyadan sonra dollarıq satışı ilə bağlı apardığı montiorinqlər zamanı adıçəkilən bankın Valyutadəyişmə məntəqələri ilə bağlı da ilginc faktlar aşkarlayıb. Hətta bankın bir neçə valyutadəyişmə məntəqəsinin qapadıldığı söylənilir.

Apardığımız araşdırmalar zamanı bankın 2015-ci ildə mənfəət və zərər haqqında hesabatından da görünür ki, faktiki olaraq NBC bank zərərlə işləyir.
Azərbaycanda manatla kreditləşməni dayandıran ilk banklardan biri olan NBC bankın hesabatlarında hazırda müəmmalı məqamlar var. Çünki faktiki olaraq «Nurgun Qrup» MMM-in təsisçisi olduğu şirkətlərdə vergi və maliyyə yoxlamaları ilə bağlı olaraq müəmmalar dolaşmaqdadır. Qeyd edək ki, «Nurgün Qrup» MMM-in sahibi iş adamı Nuru Əhmədovdur.
NBS bankla bağlı rəsmi açıqlanan faktlardan başqa investitsiya gəlirləri, kredit portfellərindəki aktivliklər və digər məqamlarla bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.