Ağstafada Seymur Orucov və digər vəzifəli şəxslər problemimə qarşı biganə, laqeyd davranırlar

11-02-2021, 00:04           
Ağstafada Seymur Orucov və digər vəzifəli şəxslər problemimə qarşı biganə, laqeyd davranırlar
Əfsuslar olsun ki, Ağstafa rayonunda məmur özbaşınalığı vətəndaş probleminə biganəlik hələdə davam etməkdədir.
Eşidib bildiklərim xüsusən yaşadığım acınacaqlı problemli vəziyyətin həll edilməməsi buna dəlalət edərək əyani bir sübutdur.

Necə deyərlər “görünən dağa nə bələdçi”!

Beləki mən 2020 ci ilin iyun və avqust aylarında yaşadığım Ağstafa rayonu M. Ə. Rəsulzadə küçəsində qəzalı vəziyyətdə olan evim və ailə vəziyyətimlə bağlı Ağstafa rayon icra başçısına müraciət etmişəm və xahiş etmişəm ki mümkünsə məni qəbul edib dinləsin .
Lakin əfsuslar olsun ki, hər dəfəsində qəbul etməsi üçün getsəmdə məni yola verərək, özümüz çağıracağıq deyərək yola saldılar.
Bu günə nə qədər gözləsəmdə hələdə də bu mümkün olmamışdır.
Son dəfə 26 yanvar 2021-ci il tarixdə başçının köməkçisi başçı səni qəbul edəcək deyərək mənimlə əlaqə saxladı sevinərək getsəmdə 1saat çöldə gözlədikdən sonra içəridə jurnalist var deyib evə getməyimi istədilər mən isə israr etdikdən sonrakı gözləyirəm jurnalistlər başçının yanından çıxsın lakin başçı mənlə köməkçi vasitəsiylə telefon əlaqəsi yaradaraq mənə ağıl örgətmə özüm çağırtdıracam dedi.
Əfsuslar olsun ki, hələdə nə qəbul edib nədə problemim həll olunub. Yaşadığım evin elektrik xətləri bərbat haldadı . Evin zirzəmisi çirkli suların axımından üfunət iylənir. Xəstəliyin baş alıb getdiyi bir vaxtda anti-sanitar vəziyyətin baş alması məni bir vətəndaş ən əsası ana kimi çox narahat edir .
Tək ailə başçısıyam himayəmdə 2005 ci il təvəllüdlü gələcəyin bir əsgəri var. Aldığım 242 manat əmək haqqım oğlumun və özümün sosial kamunal xərclərini ödəmir.
Bir vaxtlar yaşadığım binaya İcra nümayəndələrindən gəlib baxılsada nümayəndələrdən olan memar Sənan Mustafayev mənimlə kobud rəftar edərək guya mənə köməklik olunub mən imtina etmişəm deyə yalandan iftira atdı.

Tək ailə başçısı olan bir qadına bu cür rəftar olunması arzu olunmazdır.

Hələ icra nümayəndəsi Nurəddin Abbasov elektrik xəttlərinin baxımsız problemli vəziyyətdə olmasını görə-görə bilərəkdən elektrikə get yola ver verməsi deməsi qəzalı vəziyyəti bilə- bilə üstündən keçərək ört basdır etməsi özü bir cinayətdir .
Nə zamansa bu elektrik xəttlərindən hər hansı bir fəlakətli, problem baş versə Nurəddin Abbasov və başqa vəzifəli şəxslər mənim və oğlumun sağlamlığına, təhlükəsizliyinə cavab verə biləcəkmi? Çətin ki, cavab verilə və öz üzərilərindən götürərək problemi əvvəlcədən bilib özlərini daha günahsız, xəbərsiz hesab edəcəklər.
Artıq çıxılmaz vəziyyətdə qalmışam qorxa-qorxa yaşayıram ki, bir gün ev uçacaq qalacam altında.
Səbəbkarları ilə problemimi bilə-bilə heç bir köməkliyi göstərməyən rayonun müvafiq dövlət qurumları olacaq.

Əminəm ki, aidiyyatı yuxarı dövlət qurumları xüsusən, ölkə rəhbəri Ilham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səsimə səs verərək məni bu çıxılmaz vəziyyətdən və problemdən azad edəcəklər.

“Haqq nazilər ancaq üzülməz”!

Aygün Vidadi qızı Əyyubova
Rezonans.az-ın xüsusi müxbiri












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.