DİM-in qanunvericiliyi pozan tenderi

13-02-2021, 08:35           
DİM-in qanunvericiliyi pozan tenderi
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan materiallarının satın alınması müsabiqəsində müvafiq qanunvericiliyi kobud şəkildə pozub.

Bu barədə "Qaynarinfo" məlumat yayıb.

Bildirilir ki, DİM-in keçirdiyi və məbləği 108 min 418 manat 40 qəpik olan tenderin qalibi olan "GLOBAL STATIONERY OFFICE" MMC düz bir il əvvəl yaradılıb.

10 manat nizamnamə kapitalına malik olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 15, mənzil 24-dür. MMC-nin qanuni nümayəndəsi isə Cavadov Mayıl Pərviz oğludur.

16.07.2020 tarixindən indiyə kimi şirkətlə 17 satınalma müqaviləsi bağlanılıb. Həmçinin şirkətin satınalmalar portalında yerləşdirilmyən kotirovka sorğularında da qalib gəlməsi ilə bağlı mediada məlumatlar dərc olunub.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.

Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. Bu baxımdan 1 ilin şirkətinə DİM-in etimad göstərməsi şübhələrə əsas verir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru