Göygöl SSİ-nin rəisi atasının ölümünə bais olduğu fəhləni də ştatdan qovdu - ŞOK SƏSYAZI

15-02-2021, 07:31           
Göygöl SSİ-nin rəisi atasının ölümünə bais olduğu fəhləni də ştatdan qovdu - ŞOK SƏSYAZI
Göygöl rayon Suvarma Sistemləri idarəsinin harınlamış rəisi İlqar Məhərrəmov bir neçə il əvvəl Topalhəsənli kəndinin su nasos stansiyasının dam örtüyünü təmir edərkən yıxılaraq dünyasını dəyişmiş Taleh Ağamirzə oğlu Məhərrəmovun oğlunu da işdən çıxarıb.
"Demokratik.Az"-ın bu barədə əldə etdiyi məlumata görə, SSİ rəisinin işçilərinin müddətli əmək müqavilələrini ləğv etdirərək "DOST-İŞ" MMC-yə yönəltdiyi şəxslər arasında sözügedən mərhumun oğlu Təkmuraz da var. Özbaşınalığa etiraz edən ana oğlunun sənədlərinin əvvəlki vəziyyətə gətirilməsini istəyir. Lakin, İlqar Məhərrəmov şikayəti vecinə almayaraq müxtəlif bəhanələr uydurur.
Ötən həftə Göygöl SSİ-nin müdirinin otağında baş tutan dialoqdan - "Demokratik.Az"-a göndərilən səsyazıdan aydın olur ki, rayonun baş melioratoru dövlət binasında məmur adı ilə bir araya sığışmayan davranış nümayiş etdirib. Müdir danışıq əsnasında heç kimi saymadığını, özü barədə olan şikayətlərdən qorxmadığını bildirib. Eləcə də ayrı-ayrı şəxslərin, xüsusən də "Demokratik.Az" saytının rəhbəri, jurnalist Osman Nərimanoğlunun ünvanına şərəf və ləyaqəti ləkələcək vulqar ifadələr işlətməkdən çəkinməyib. (korrupsioner və aşağı səviyyəli bir məmurun jurnalist Osman Nərimanoğlunun ünvanına işlətdiyi "zibil", "şərəfsiz" kimi ifadələri təbii ki, onun özünə qaytarırıq! - red) İlqar Məhərrəmov şikayətin reallığı qarşısında öz etdiyi maxinasiyanın göstərişinin "yuxarılardan" gəldiyini belə iddia edib. İşçilərinin əməkhaqlarının "DOST" tərəfindən ödənişinin dəmir bankomata və pulu alanlara fərq etmədiyini kinayəli şəkildə qeyd edib.
Şok səsyazısında diqqət çəkən daha önəmli məqam həm də İlqar Məhərrəmovun bəzi etiraflarıdır. Belə ki, rayonun baş cuvarı danışığında "Topalhəsənli-3" su nasos stansiyasında dünyasını dəyişən mərhum Taleh Məhərəmovu müqaviləsiz işə cəlb etdiyini, ölümündən sonra fəhlənin ailə üzvlərini maddi köməkliklə susdurmağa çalışdığını, həmin hadisə üzrə bir sıra özbaşına hərəkətlərini və həmin nasos stansiyasının yararsız halda olduğunu boynuna alıb.
Əldə etdiyimiz SƏSYAZISI onun hansı əxlaqa və hansı şəxsi məqsədlərə sahib olmasını isbat edir.
Demokratik.Az baş mühəndis Natiq Məmmədovun adından redaksiyamıza daxil olmuş "AudioSəs" yazını təqdim edir:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.