AVTOMOBİLİ RÜŞVƏTLƏ TEXNİKİ BAXIŞDAN KEÇİRTMƏYİN YOLLARI-VİDEO

16-02-2021, 00:26           
AVTOMOBİLİ RÜŞVƏTLƏ TEXNİKİ BAXIŞDAN KEÇİRTMƏYİN YOLLARI-VİDEO
Uzun illərdir formal xarakter daşıyan və korrupsiya mənbəyindən başqa hər hansı özəlliyi olmayan avtomobillərin texniki baxışı prosedurunda dəyişiklikyoxdur. Yenə rüşvət alınır və formal olaraq baxış guya baxış keçirilir.

Avstraliyada ümumiyyətlə avtomobillərin texniki baxışı həyata keçirilmir. ABŞ-ın 13 ştatında da texniki baxışa lüzum görmürlər. İspaniyada isə bu işi avtomobili istehsal edən şirkətin ölkədəki dilleri yerinə yetirir. Özü də hər şeyi istehsalçı şirkət özü üzərinə götürərək, lazım gəldikdə texniki baxışı hətta gecə saatlarında həyata keçirir və səhər saat 07.00-a qədər bütün sənədləşməni apardıqdan sonra avtomobili sahibinə çatdırır. Vaxtilə "qardaş respublikalar” olan Baltikyanı ölkələrdə də texniki baxış DİN-dən alınaraq, özəl şirkətlərə həvalə olunub və hər inzibati ərazinin öz texniki baxış mərkəzi və şirkəti var. Təbii ki, bu da nəticədə rüşvət, süründürməçilik və vaxt itkisi kimi məsələləri aradan qaldırıb. Azərbaycanda isə necə deyərlər, bineyi-qədimdən texniki baxış onu keçirən qurumun külli miqdarda qeyri-leqal gəlir mənbəyinə çevrilib.reportaj.tv













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.