Qubanın icra başçısı Ziyəddin Əliyev 7 milyon avronu hardan qazanıb? - FOTOFAKT

22-02-2021, 07:01           
Qubanın icra başçısı Ziyəddin Əliyev 7 milyon avronu hardan qazanıb? - FOTOFAKT
Ukraynanın KORRUPSİYANIN QARŞISININ ALINMASI ÜZRƏ MİLLİ AGENTLİyi Qubanın icra başçısı Ziyəddin Əliyevin bu ölkədəki şirkətinə və asfalt zavoduna qoyduğu 7 milyon avronun "halal" olması barədə fətva verib.
Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır.
Daha sonra Cavanşir Həsənli yazır, belə ki, Lvov vilayətində elan olunan tenderlərdən birində iştirak etmək üçün "ALOV-BUD" MMC antikorrupsiya idarəsindən arayış almaq məcburiyyəti ilə üzləşib. Həmin idarə də şirkətin direktoru Vüqar Hacıyevə "halallıq serifikatı" təqdim edib.
Ziyəddin Əliyev hələ ötən ilin mayında Ukraynada korrupsiya əleyhinə araşdırmalarının hədəfindən yayınmaq üçün "Alov-bud" MMC-nin qeydiyyat sənədlərində müəyyən dəyişikliklər apararaq, adını sənədlərdən çıxartdırıb. Şirkət onun ən yaxın adamı və Ukraynadakı biznesini idarə edən Vüqar Hacıyevin adına rəsmiləşdirilib.
Vüqar Hacıyev Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə İdarəsinin rəisi Ruslan Hacıyevin qardaşıdır.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru