“JEK” müdiri icra hakimiyyətinin başçısı rolunda - Qazi və şəhid ailələrinə dövlətin tikdiyi ev işğal olunub

22-02-2021, 12:52           
“JEK” müdiri icra hakimiyyətinin başçısı rolunda -
Qarabağ qaziləri və şəhid ailələrinə 200 9-cu ildə şəhərin mərkəzində tikilən yeganə evi YAP hakimiyyəti işğal edib, yerində kommersiya obyekti, villalar inşa ediblər. “İşğalçılıq siyasəti “ o həddədir ki, “Əlillər evi”nin nə pandüsü var, nə kanalizasiyası, nə də həyəti. Bəs ev necə istismara qəbul edilib? Bu sual binanın sifarişçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə ünvanlansa da, nə o çağkı nazir Füzuli Ələkbərov, nə də sonrakılar cavab vermək istəmirlər. Eləcə də olmayan kanalizasiyaya görə, əlillərdən “Azərsu”yun zorla “kanalizasiya pulu” alması hələ də “ikiqat artımla) davam edir. Nərimanov rayonundan keçmiş deputat, YAP sədrinin və Baş nazirin müavini Əli Əhmədova edilən müraciətlər də nəticəsiz qalıb. Nədən işğalın başında elə hökumət rəsmiləri dayanır! Pandemiya dövründə evi zəbt edən Elman Muradovun “Araz-Plast” şirkəti (“ Nobel elektrik”) qazilərin və şəhid ailələrinin binaya girişinə də dələduzluqla qadağa qoyub və bununla bağlı sakinlər adı “MTN işi”ndə keçən Elman Muradovun reketliyindən ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına , BŞİH-ə, ƏƏSMN-ə , KİV-ə şikayət ediblər. DTX -nın Nərimanov şöbəsi müraciətin nəzarətdə olduğunu bildirib, lakin indiyədək heç bir cavab verməyib. Baş prokurorluq, DİN isə ümumiyyətlə, susqunluq sərgiləyib. Eləcə də, binanı istismara qəbul edən, indi isə fövqəladə hallarda binaya girə bilmədiyini vurğulayan FHN-dən səs çıxmır. BŞİH-DƏN Nərimanov RİH -ə göndərilən müraciətə kim cavab versə yaxşıdır? “JEK” müdiri E. Həşimov! Nərimanov RİH başçısının səlahiyyətlərini icra edən “JEK” binanın 2010-cu ildə istismara qəbul edildiyini bildirib, bu tarixdən sonra işğala yol verilmədiyini vurğulayıb. Bunun ağ yalan olduğunu E.Həşimov yəqin bilir və işğalın hansı tarixdən qüvvəyə minməsinin sakinlər üçün əhəmiyyətli yoxdur. Əhəmiyyəti olan odur ki, işğala son qoyulsun, bina əlillərin spesifik tələbatına uyğunlaşdırılsın və s.və i.a. “JEK”dən söz düşmüşkən, binanın yaxınlığında 20 saylı “JEK” olduğu halda, zavallı əlil və şəhid ailələrinin 5-10 kilometrlikdəki 30 saylı “JEK”ə təhkim edilməsi də anlaşılan deyil.

9 il qabaq BŞİH-dən rəsmi məktublarla bildirildiyinə görə, işğalın başında ictimai-siyasi şöbənin müdiri Həsənovlar ailəsi dayanır. Yəni, qazi və şəhid ailələrinin evinin işğalına cavabdehlik daşıyan elə PA, NK, BŞİH-dir. “JEK” sadəcə Həsənovların zibillərini pərdələməyə görəvləndirilib. HƏSƏN (OV) AĞANIN VƏ qohumlarının YERİ İSƏ XALQIN BOYNUNDADIR!

Yazıq əlillər bilmirlər necə ayaqda dursunlar, ayaqları kəsik, boyunlarında –“Həsənovun boyunduruğu”!

Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.