Könül Nurullayevanın seçicilərlə “çarşaflı” görüşü ...- Xanım deputatın Ermənistan dövlətinə “qayğısı“

5-03-2021, 17:43           
Könül Nurullayevanın seçicilərlə “çarşaflı” görüşü ...- Xanım deputatın Ermənistan dövlətinə “qayğısı“
9 fevral 2020-ci ildə Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində xeyli sayda sürpriz deputatlığa namizədlər oldu və deputat seçildi.
Bunlardan biri, bəlkə də birincisi Nizami rayonu 24 saylı birinci seçki dairəsindən deputat seçilən Könül Nurullayevadır.
Təsəvvür edirsiniz, 34 yaşlı cavan, cəmiyyətdə tanınmayan, siyasi təcrübəsi olmayan bir xanım Milli Məclisə üzv seçilir.
Əlbəttə, gənclərə etimad göstərmək lazımdır. Ancaq görəsən gənclər bu etimadı doğrulda biləcəkmi ?
Könül xanımın deputat kimi “siftəsi” çox uğursuz və rüsvayçı oldu.
Məlumdur ki, erməni faşistləri 30 ildir torpaqlarımızı zəbt edib, sərvətimizi talayıb, abidələrimizi dağıdıb, meşələrimizi qırıblar və beynəlxaq hüquq normalarına görə Ermənistan bizə külli miqdarda təzminat ödəməlidir. Bu barədə hətta ölkə rəhbərliyi dəfələrlə fikir bildirib.
Ancaq Könül xanım deyəsən fil qulağında yatıb. Türkiyə TV kanalına açıqlamasında deyir ki, ermənilər və Ermənistan dövləti çox kasıbdır, ona görə də bizə təzminat verməli deyil.
İndi özünüz düşünün. Bu ağılın sahibini kim(lər), hansı yolla parlamentdə otuzdurub. Bu adam sabah hansısa Avropa ölkəsində elə bir siyasi səhvə yol verər ki, altından çıxa bilmərik.
Məsələ o dərəcədə ciddiləşdi ki, Milli Məclis öz üzvü olan Könül Nurullayevaya töhmət verdi.
Belə gəncin nəyinə etimad göstəriblər ?
Düzdür, Könül Nurullayeva Azərbaycan xalqından üzr istədi. Amma kimə lazımdır belə üzr istəmək? Və üstəlik xanım deputat az qala dediyi (audio-video var ) sözləri inkar elədi, guya internet bağlantısı zəif olduğu üçün fikrini axıradək ifadə edə bilməyib. Vallah sadəcə ayıbdır.
Yaxşı, Türkiyə kanalına müsahibə verəndə internet zəif olub. Bəs, imkansız ailənin evinə ayaqqabı ilə girib utanmadan poz verməyi, özünü reklamı kimin ayağına yazaq ?
Sənə deməyiblər ki, evə ayaqqabı ilə girmək olmaz ?
Yaxşı Nizami rayonunun Keşlə qəsəbəsindəki insanlarla görüşə az qala çarşabda, çadrada getməyinə nə ehtiyac var idi?
Biz hər insanın geyim-libas azadlığının tərəfindəyik. Amma görüşdən çıxan kimi çarçabını tullamaq nədir ?
Siz kimi aldadırsınız, Könül Nurullayeva ?
gundelik bakiшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.