“Yaşıl Bazar”da qiymətlər qalxdı, ay can, ay can- Dövlət qurumları fil qulağında yatıb ?

17-03-2021, 16:15           
“Yaşıl Bazar”da qiymətlər qalxdı, ay can, ay can-
Bayram qabağı rəhmətlik Mirzə Ələkbər Sabir demişkən, “qiymətlər, ay can, ay can” qalxmaqda davam edir.
Elə bil şirkətlər, marketlər, bazarlar, el dilində desək, bir birinin ağzına tüpürmüş kimi qiymətləri qaldırmaqda davam edirlər.
Bunlar başa düşmür ki, qiymətləri süni şəkildə qaldırmaq olmaz.
Cənab Prezident İlham Əliyev bu barədə, yəni süni qiymət artımı barədə dəfələrlə xəbərdarlıq edib.
Görünür, “Yaşıl bazar”ın sahibi bu xəbərdarlıqları qulaqardına vurur. Yoxsa son günlər bazarda qiymətlər bu qədər şişməz, kəllə-çarxa qalxmazdı.
Ümumiyyətlə, Bakının Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar”ın sahibinin paytaxtın sabiq meri Hacıbala Abutalıbov olması hamıya bəllidir.
Uzun illər bazarın idarəçiliyini Hacıbalanın oğlu İsrafil Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramiz Hacıyev həyata keçirib. Söhbət “bazarkom”dan deyil, idarəçilikdən gedir.
Gundelik-baku.com saytı olaraq 8 mart bayramında bazarda apardığımız monitorinq zamanı görmüşdük ki, güllər od qiymətinə satılır. Yəni bayramı fürsət bilən satıcılar gülü öz real dəyərindən qat-qat baha satırdılar.

Bu azmış kimi karantin dövründə satıcılar, o cümlədən bazardakı S BUKET gül mağazasının sahibi və oğlu ( adı Ağadır ) da müştərilərə maskasız qulluq edirdilər. .
Bir məsələni də qeyd edək.
8 mart bayramında minlərlə gülün pulları hansı kassaya, hansı hesaba daxil olur, niyə bazarda 1 ədəd olsun kassa aparatı yoxdur ? Niyə müştərilərə çek verilmir?
Bunlar keçən dəfə, yəni 8 mart bayramında müşahidə etdiklərimizdir.




Gundelik-baku.com-un əməkdaşları yenidən İlaxır çərşənbə bayramı ərəfəsində də bazarda olub.
Demək olar ki, heç nə dəyişməyib. Mirzə Cəlil demişkən, haman göl, haman qurbağa.
Yenə maska taxmaq söhbəti yoxdur, yenə bazarda kassa çekinə rast gəlmədik, yenə...
Bəli, qiymətlər bu dəfə 8 martı da arxada qoyub.
Bazarda satılan meyvə-tərəvəzin, bayram çərəzlərinin qiyməti əlçatmaz olub.
Görəsən, bayramqabağı, kasıb-imkansız əhalini düşünən yoxdu?
Əvvəlki bayramlarda heç olmasa, Bakı ŞİH-nin rəhbərliyi, Baş nazirin müavinlərindən biri, Kənd Təssərrüfatı naziri bazarlara baş çəkərdi.
Bu dəfə deyəsən adıçəkilən qurumların rəhbərləri və bazarın yanında yerləşən Nərimanov RİH-nin rəhbərliyi fil qulağında yatıb.
Yatın, yatın, cənablar. Bir gün xalqın canı qurtarar sizin kimi məmurların töhmətindən.
Yenə Sabir demişkən, xalqın canı qurtardı töhmətdən, ay can, ay can!
(gundelik-baku.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.