Azercell indi də aylıq abunəçilərə “kontur atır”- Şirkət müştərilərini məhkəmə ilə hədələyir

19-03-2021, 00:03           
Azercell indi də aylıq abunəçilərə “kontur atır”- Şirkət müştərilərini məhkəmə ilə hədələyir
Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarla bağlı abonentlərin şikayəti bitib tükənmək bilmir. Ən çox şikayətlər isə Azercell-in payına düşür.
Azərbaycanın ilk mobil operatoru olan Azercell barədə geniş məlumata ehtiyac yoxdur.
Hazırda 4.5 milyondan çox abunəçisi olan şirkət demək olar ki, bütün ölkə ərazisini əhatə edir.
Ancaq zaman-zaman bu şirkətlə bağlı şikayətlər, narazılıqlar da mediaya yol tapır.
Sonuncu dəfə Azercell Telekom MMC ilə Milli Ön-nün məhkəmə çəkişməsi barədə xəbər yayıldı.
Xəbərdən bəlli olurdu ki, Azercell borcunu ödəmədiyi üçün Milli Ön abunəçilərin kontur yükləməsinə məhdudiyyət qoyub, daha doğrusu bu əməliyyatı aparmaq mümkün deyildi.
Bu isə Azercell abunəçiləri arasında ciddi narazılıq yaratdı. Axı, şirkət öz borcuna görə, niyə öz abunəçilərinə diskomfort yaratmalıdır.
Əlbəttə, problem tək bununla bitmir.
Uzun müddətdir ki, şirkətin ən prestijli nömrələri sayılan 050- 211, 050- 288 ilə bağlı cəmiyyətdə az qala bir “əfsanə” dolaşır.
Həmin nömrələrin 8-10 min manata satılması dillər əzbəridir.
Axı, bu bahalıqda nömrə qiyməti olarmı ?
Lap tutaq ki, şirkət nömrələri həqiqətən də bu qiymətə müştərilərə satır. Bəs bunun rüsumu, dövlətə vergisi hara , daha doğrusu kimlərin cibinə gedir ?
Digər problem odur ki, belə bahalı nömrələrə sahib olan abunəçilər, sonrada lazım gələrsə həmin nömrəni öz yaxınına, dostuna hədiyyə edə, onun adına keçirə bilmir.
Bu məsələ ancaq etibarnamə ilə mümkündür. Amma ada keçirmək istəyən müştəri xüsusi yollarla 5 min manat ödəməlidir.
Bütün bunlar azmış kimi indi də Azercell öz müştərilərinə başqa problemlər yaradır.
Belə ki, əvvəllər Azercell-in az-çox normal işləyən internet şəbəkəsi son zamanlar çox keyfiyyətsiz işləyir, kəsilmələr, qapanmalar tez-tez baş verir.
Digər və daha ciddi problem abunəçi müştərilərlə bağlıdır.
Belə ki bir aylıq xidmət haqqını köçürən abonentlər şirkətin kontur oğurluğundan şikayət edirlər. Yəni istifadə edilən kontur ödənilən məbləğlə uyğun gəlmir.
Ümumiyyətlə, Azercell-in abunəçiləri şirkətin fəaliyyətindən çox narazıdır.
Şirkət yeri gəldi-gəlmədi öz müştərilərini məhkəmə ilə hədələyir. Xeyli sayda aylıq abunə olan müştərilər məhkəmələrdə sürünür, nömrələr müştəridən geri alınır.
Biz gundelik-baku.com olaraq çox istəyərdik ki, Azercell şirkəti bu məsələlərə aydınlıq gətirsin.
P.S. Növbəti yazıda Azercell-in media ilə hansı formada və hansı şərtlərlə əməkdaşlıq etdiyindən bəhs edəcəyik.
gundelik baki












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.