GAZELLI ART MRCR ART oldu - Cahangir Əskərov Londondakı şirkətinin adını dəyişməklə iz azdırır

19-03-2021, 10:36           
GAZELLI ART MRCR ART oldu - Cahangir Əskərov Londondakı şirkətinin adını dəyişməklə iz azdırır
Teref.az xəbər verir ki, AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətinin adını dəyişib. Bu barədə müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“Belə demək mümkünsə Əlinin adını Vəliyə, Vəlinin adını Əliyə veriblər. Söhbət ilk növbədə 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan GAZELLI ART HOUSE LIMITED-dən gedir. Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da GAZELLI ART HOUSE LIMITED-in adı MRCR ART LIMITED olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova MRCR ART LIMITED adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə GAZELLI ART HOUSE LIMITED (!) olaraq dəyişdirilib”.
Araşdırmaçı jurnalist hesab edir ki bu sadə hoqqabazlıq deyil. “İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa maskirovkamı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar”.
Daha sonra Cavanşir Həsənli yazır:"Bu sadə hoqqabazlıq deyil. İki şirkətin adında dəyişikliklər rakirovkadırmı, yoxsa maskirovkamı bəlli deyil. Bəlkə öz ağıllarına görə iz qarışdırırlar."
Teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.