Meliorasiya və Su Təsərrüfatı ASC daha bir "sevimli" tender "rekord" çusu - 10 günün içində 6 tender uddu FOTOFAKT

19-03-2021, 15:49           
Meliorasiya və Su Təsərrüfatı ASC daha bir "sevimli" tender "rekord" çusu -
"Avrasiya-T” MMC son 10 gündə Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumlardan 6 tender udub.

Qaynarinfo xəbər verir ki, tenderlərin ümumi məbləği 1 milyon 220 min 350 manat təşkil edir.

"Avrasiya-T” MMC-nin qalib olduğu tenderləri təqdim edirik:

- 19.03.2021 tarxində Mil-Muğan Hidroqavşağı İstismarı İdarəsi tərəfindən keçirilən Avtomobil mexanizmlərin ehtiyyat hissələrinin, sürtkü yağlarının satın alınması müsabiqəsinin məbləği 50121.75 AZN olub;

- 19.03.2021 tarxində Mil-Muğan Hidroqavşağı İstismarı İdarəsi tərəfindən keçirilən cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-materialın satın alınması müsabiqəsinin məbləği 232129.27 AZN olub;

- 18.03.2021 tarixində Beyləqan Subartezian Quyularının İstismarl İdarəsinin keçirdiyi tikinti materiallarının satın alınması müsabiqəsinin məbləği 161606 AZN olub;
- 18.03.2021 tarixində Beyləqan Subartezian Quyularının İstismarl İdarəsinin keçirdiyi mexaniki və elektrik avadanlıqlarının satın alınması müsabiqəsinin məbləği 239994.01 AZN olub;

- 09.03.2021 tarixində Beyləqan Meliorasiya İdarəsinin keçirdiyi kollektor və drenaj şəbəkəsinin lildən təmizlənməsi müsabiqəsinin məbləği 296517.76 AZN olub;

- 09.03.2021 tarixində Beyləqan Meliorasiya İdarəsinin keçirdiyi cari və əsaslı təmir işlərində istifadə olunan mal-materialın, maşın- mexanizmlərin və nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin satın alınması müsabiqəsinin məbləği 239982 AZN olub.

Göründüyü kimi kollektor təmizlənməsindən tutmuş nəqliyyat vasitələri üçün ehtiyat hissələri və tikinti materiallarının satışına qədər əks profillərdə fəaliyyət göstərən materik adını daşıyan şirkət 15.01.2019-cu il tarixində yaradılıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurbani, ev 25 ünvanında qeydiyyatdan keçən şirkətin qanuni təmsilçisi Cəfərov Anar Siyafər oğludur.

Şirkətin 2 illik fəaliyyəti ilə bağlı internet resurslarında hər hansı bir məlumat yoxdur. Şirkət satınalmalarda 10 gün əvvəldən başlayaraq qalib gəlməyə başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru