“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi- “Sobsan Boya” fabrikində ÖZBAŞINALIQ

30-03-2021, 00:37           
“Sobsan Boya” və Səhiyyə naziri Oqtay Şirəliyevin şərikli biznesi-
“Sobsan Boya” Azərbaycanın ilk boya fabrikidir.
Şirkət Qafqaz regionunun ən böyük boya və boya xammalı fabrikidir. Şirkətdə 500-dən çox işçi çalışır.
Bir neçə il əvvəl fabrikdə baş verən yanğın cəmiyyətdə xeyli suallar doğurdu.
Yanğın o dərəcədə böyük oldu ki, FHN-nin 30 yanğınsöndürən maşını yanğını söndürə bilmirdi.
Yanğından sonra xeyli suallar ortaya çıxdı. Bəlli oldu ki, şirkət illər uzunu zərərli kimyəvi maddələri Bakıdakı su mənbələrinə, göllərə axıdırmış. Bunun nə demək olduğunu şərh etməyə ehtiyac yoxdur. Yəni “Sobsan Boya” ətraf mühit üçün ziyanlı olan xeyli kimyəvi maddələri su hövzələrinə axıdıb.
Ümumiyyətlə, bu şirkətin adı çox neqativ məsələlərdə hallanır. Belə ki, “Sobsan Boya” şirkəti Şamaxıda onlarla vətəndaşı aldadaraq onlara məxsus torpaqları saxta sənədlərlə mənimsəyib. Hətta vəfat etmiş şəxslərin adına olan torpaqları da şirkət ələ keçirib.
Hətta şirkətin rəhbərliyi vətəndaşlara hədə-qorxu gəlir, biz “yuxarıların adamıyıq” deyib, özlərini belə qələmə verirlər.
Bir sözlə, “Sobsan Boya” Azərbaycan qanunlarına məhəl qoymur.
Bütün bunlar azmış kimi “Sobsan Boya”nın sexlərində, laboratoriyalarında elə “qatqılar” olur ki, ( 12 kq- 6 kq ? ) bununla mütləq xüsusi xidmət orqanları məşğul olmalıdır.
İndi isə “Sobsan Boya”nın instituta direktor təyin etmək məsələsinə nəzər salaq.
Bəli, “Sobsan Boya”nın şefi Səhiyyə naziri Oqtay Şirəliyevlə bazarlıq edərək Dadaşova Gülnaz Mahir qızını Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin etdirib.
Bəli, artıq “Sobsan Boya” səhiyyəmizə sponsorluq edir.
Gülnaz Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid Səbzəliyevin əmisi qızıdır. Bu da hamısı deyil.
Qeyd edək ki,”Sobsan Boya” şirkətinin rəhbərlərindən biri də Zöhrab Səbzəliyevdir.
Cənab nazir Oqtay Şirəliyevin yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir.
Bu barədə növbəti yazımızda.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.