Xırdalanda qanunsuz tikili qalmaqalı - Nazirliyin idmançı əməkdaşı jurnalisti hədələdi — VİDEO

4-06-2021, 00:05           
Xırdalanda qanunsuz tikili qalmaqalı -
Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu da ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.

Demokrat.az "Baku TV"yə istinadən xəbər verir ki, ərazidə tikinti vətəndaş Gülzar Cəlilova tərəfindən həyata keçirilir.

Sakinlərin narazılığına səbəb olan isə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq tikinti şöbəsinin layihə əsasında 210 kvadratmetrlik tikintiyə icazə verməsinə baxmayaraq, vətəndaşın 800 kvadratmetrlik üçmərtəbə, bir mansard tipli binanın bünövrəsini qazdırması olub.


"Baku TV" əməkdaşları sözügedən ərazidə olduqları zaman özünü tikintinin sahibi kimi təqdim edən Araz Musayev adlı şəxs çəkilişə mane olmağa çalışıb.

Dünya və Avropa çempionu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi Araz Musayev çəkiliş qrupuna hədə-qorxu gəlib. Hətta o, Birinci Qarabağ müharibəsi qazilərini də həmin əraziyə gətirərək jurnalistləri hədələyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru