Göygöl rayonunda baxça müdürü işləyən xanım, eyni zamanda Gəncə şəhər Gülüstan qəsəbəsində necə müəllim işləyir- İDDİA

10-06-2021, 00:18           
Göygöl rayonunda baxça müdürü işləyən xanım,  eyni zamanda Gəncə şəhər Gülüstan qəsəbəsində necə müəllim işləyir- İDDİA
Göygöl rayon Hacıməlik kənd ərazisində, Kəlbəcər və Xocalı sakinlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün inşa edilmiş şəhərcikdə fəaliyyət göstərən 5 nömrəli körpələr evi uşaq bağçasının müdiri Yeganə Məmmədovadır.
Teref.az xeberfakt.az-a istinadən yazır ki, burada müdür işləyən Yeganə Məmmədova eyni zamanda Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisində fəaliyyət göstərən Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə ikinci iş yeri kimi 18 saat dərs tədris edir!
Qeyd etmək istəyirik ki, Kəlbəcər rayon 2 nömrəli tam orta məktəbdə beş nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olduğu halda, dörd ildir ki, ikinci iş yeri kimi Göygöl rayon Hacıməlik kənd ərazisində Kəlbəcər və Xocalı sakinləri üçün inşa edilmiş şəhərcikdə fəaliyyət göstərən 5 nömrəli körpələr evi uşaq bağçasının müdiri Yeganə Məmmədova 18 saat dərs götürüb?
Teref.az olaraq ümid edirik ki, bu müəmmalı sualın cavabını qarşı tərəfdən alacağıq! Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.