İcra başçısı Anar Vəliyev özünə müavin aparacaqmış – “JEK” isə bir “trampilin” imiş…

10-06-2021, 09:39           
İcra başçısı Anar Vəliyev özünə müavin aparacaqmış  –
Artıq bir neçə dəfədir ki, Beyləqan rayon Mənzil İstismar Sahəsinin rəisi Anar Vəliyevin korruptiv əməllərinə dair tənqidi məqalələr dərc edir, həm də həmin məqalələrdə ehtiva olunan məsələlərlə bağlı aidiyyəti qurumları rəsmən məlumatlandırırıq. Anar Vəliyevin DSMF Beyləqan rayon şöbəsində vətəndaşlara saxta staj tarixçəsi təşkil etməklə onlara yüksək məbləğli pensiya təminatı hüququ yaratması faktının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində sorğulanmasından, iki yüz min manata civarında dövlət vəsaitini qanunsuz məsrəf etməsindən, həmin vəsaiti tədricən qaytarmağa məcbur edilməsindən də yazmışdıq. Bircə qalır cinayət təqibi orqanının Anar Vəliyevin köhnə vəzifəsindəki qanunsuz əməllərini rüşvət motivi ilə əlaqələndirməsi. Bu motivi isə müəyyən etmək üçün zərrəbinsiz gözlə də baxmaq kifayət edər. Təəccüb doğuran məqam kimi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin Anar Vəliyev kimi mənfi reputasiyaya malik birini iki il əvvəl Mənzil İstismar Sahəsinə rəhbər vəzifəyə təyin etməsini vurğulamışdıq və başçının bu qərarı Vəliyevin dəı üzv olduğu yerli mafiyanın təsiri altında olması ilə əlaqələndirmişdik. Bu yerdə yada salmağa dəyər ki, mafiya Anar Vəliyevi RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyinat almasını istəyibmiş. Lakin Asif Ağayev təzyiqin birinci dalğasına duruş gətirərək, hələlik Anar Vəliyevin karyera yüksəlişində tramplin kimi Mənzil İstismar Sahəsinin rəisi postunu rəva görüb. Bir ara rayon ictimaiyyəti arasında gözlənti var idi ki, Anar Vəliyevin RİH-də hədəflədiyi vəzifəyə keçid almasına az qalıb. Amma bu məsələ uzandı. Səbəbi fikirləşəndə ilk ağıla gələn budur ki, yəqin Anar Vəliyevin MİS-də rəhbər vəzifədə qalması həm onun özünü, həm də rayon rəhbərini qane edir. Başqa sözlə, aparatda maaşa işləyən şöbə müdiri (müavin) olmağın şərəfindənsə, mənzil istismar sahəsinin haram gəlir rıçaqları üstün tutulub. Həm də cənab başçı yaxşı bilirdi ki, Anar Vəliyevin xoşagəlməz işdəycələri başçının müavini vəzifəsində işləyərsə, daha uzaqdan görünəcək, diqqəti daha artıq cəlb edəcək. Həmin xoşagəlməz işdəycələrin sırasında ilk yerlərdə Anar Vəliyevin eyş-işrət aludəçiliyi, yüngülməcaz qadınlarla əylənməyə meylliliyi durur. Onun bu axmaq vərdişləri DSMF rayon şöbəsində “qılıncının dalı-qabağı kəsdiyi vaxt” apogeyə çatmışdı. Hətta öz katibəsinə Bakıda 5 otaqlı mənzil də aldığı deyilirdi. Həqiqətən də çox maraqlıdır, bu gün 100 manat rüşvət alan jurnalisti tutub damlayırlar, ancaq Anar Vəliyev kimi 100 minlərlə dövlət vəsaitinin altından girib üstündən çıxan, oğurladığı, çapıb-taladığı pulu nümayişkaranə surətdə əyyaşlığa xərcləyən məmuru irəli çəkirlər. NİYƏ?

RealMedia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.