Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbin direktoru Nemət Həsənov ABU-da işlədiyi dövrdə korrupsiya cinayətlərində iştirak etmiş və həbs olunmuşdur

11-06-2021, 07:02           
Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbin direktoru Nemət Həsənov ABU-da işlədiyi dövrdə korrupsiya cinayətlərində iştirak etmiş və həbs olunmuşdur
Nemət Həsənov necə direktor oldu? Kəlbəcər rayon 37 nömrəli tam orta məktəb əvvəllər İsmayıllı rayon ərazisində fəaliyyət göstərmiş və keçmiş Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırov həmin məktəbin fəaliyyətini İsmayıllı rayonunda dayandıraraq məktəbin möhürünü Nemət Həsənova satmışdır. Nemət Həsənov həmən məktəbi Bakı şəhəri Binə qəsəbəsinə köçürərək məktəbin fəaliyyətini Binə qəsəbəsində davam etdirmişdir. Məktəbin direktor vəzifəsi uzun illər vakansiyada olsada məktəbə direktor təyin olunmamış (direktor imtahanından keçən namizədi Nemət Həsənov məktəbə buraxmamış, səbəb olaraq məktəbin torpağı mənimdir və sinif otaqlarını mən tikmişəm. Məktəb bütünlüklə Həsənovlar ailəsinə işləyir) və keçmiş Təhsil Şöbəsinin müdiri Elmira Şükürova Nemət Həsənovdan külli miqdarda rüşvət almaqla (2017-2018) həmin məktəbə daimi direktor təyin etdirmişdir. Məktəbin fəaliyyəti göstərdiyi ərazidə demək olar ki, Kəlbəcər rayonundan məcburi köçkün yaşamır və məktəbdə təhsil alan şagirdlər yerli rayon sakinləridir. Təhsil Nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva Goranboy rayonunda keçirilmiş zona iclasında (2019-2020) yerli uşaqlarin məktəbə kütləvi qəbuluna yol verdiyi üçün 37 nömrəli tam orta məktəbin adını çəkmişdir. Yerli Bakı məktəblərində təhsil alan şagirdlərin bir qismi 10 və 11 siniflərdəki təhsilini davam etdirmək üçün Nemət Həsənovun məktəbinə üz tuturlar.

Xeberfakt.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.