Abşeronda baş memar 3500 rüşvət vermədiyinə görə vətənadaşın qanuni evini dağıtdı FOTO/SƏNƏDLƏR
13-03-2016, 23:20
teref.aznun poçtuna Abşeron rayonunda Zakir Fərəcovdan qalma məmurların korrupsiya və rüşvət oyunları ilə bağlı şikayət daxil olub. İş o yerə çatıb ki, məmur prezidentə şikayət edən vətəndaşa zəng edərək onu hədələyir.Yeni gələn icra başçısı hər halda bu köhnə rüşvətxor kadrlarla vidalaşmağın vaxtı çatdığını , belə kadrlarla prezidentin "xalqa qulluq edin!" tapşırığının mümkünsüzlüyünü başa düşməli və onlarla vidalaşmalıdır. teref.aznun poçtuna yazan şikayətçi yazır:
"Hörmətli teref.az may ayının sonlarında Abşeron rayon Masazır kəndində fərdi yaşayış üçün nəzərdə tutlan torpaq sahəmizdə mənzil tikintisinə başladım. Tikintiyə başlamazdan əvvəl qanunda nəzərdə tutulduğu kimi, Abşeron rayon icra hakimi Zakir Fərəcova ərizə ilə müraciət etdik, bir müddət keçdikcə tikinti işlərinə başladıq, evi daş hissəsini tikib bitirən zaman Abşeron rayonun baş memarı Akif Əliyev bir neçə işçiləri ilə gələrək evi uçurdacaqlarını dedilər, səbəbsə eskiz layihəsində baş memarın möhürünün olmamasın göstərdilər. Bu hadisədən sonra tikinti işlərini dayandırıb, eskiz layihəsinə baş memarın möhrünü və imzasını əlavə etdirdik. Bütün bu prosedurlar olandan sonra əmin oldum ki daha bütün sənədlərim düzdür, evimin tikintisinə davam edə bilərəm. Hətta memarlığın Elmir adlı işçisi bizə bildirib ki, eskiz layihəsinə memarın möhürünü və imzasını vurduqdan sonra tikintini davam edə bilərsiz, çünki sizin torpaq sahəsinin bütün sənədləri qaydasındandır, eyni zamanda tikinti üçün lazım olan bütün icazəli qanuni şəkildə almışıq."
Şikayətçi məktbunun davamında teref.az-ya yazır:
" Evin daş hissəsin və ikinci kəmərini hazır edib, yalnız iki pillər daş mişar əlavə edəcəkdik, memarlığın işçiləri və kənd icra nümayəndəsi gələrək tikintini dayandırdılar, icra hakimiyyətində olan daxili məmur davası üzündən mənim evimi Akif Əliyev prinsip apararaq uçurdu. Telefonla danışığımız zamanı isə dedi ki, sizin sənədlərə möhür vurulan zaman mənə pul çatmayıb, orda icranında haqqı var, səhər tezdən saat 09:00 da 3500 azn pul çatdırmasan evini uçuracam. Halbuki tikilini uçurmaq üçün məhkəmənin qərarı olamlıdır."
teref.azya yazan şikayətçi baş memarın qanunsuzluqlarından yazır:
"Akif Əliyev isə icra hakimiyyətinin işçisi olmayan Kəlam adlı şəxsi yollayib traktorla evimin arxa tərəfini uçurdu, nəticədə mənə 10000 AZN maddi ziyan dəydi, ev tamami ilə sökülməlidir. Bundan sonra Akif Əliyevi etdiyi zorakılığa görə məhkəməyə verəcəyimi dedikə, mənə cavabı bu olduki get nə istəyirsən et. Mən baş memardan prezidentə şikayət edəndə onun müavini Varis Hüseynov zəng edib məni bir neçə dəfə hədələyib, təhdid etdi. Qeyd edim ki mənim evimin bütün sənədləri qaydasındandır, eskiz layəsində möhür və evimin tam hazır olması barədə rəydə var, rəydə Akif Əliyevin möhürlü imzası var, həmçinin müavinində imzası var. Torpaq sahəsi anam Əsgərova Gülyanaq Əsgər qızıını adına qeydiyyatdadır."
Şikarlı Zəka Zöhrab oğlu
İcra hakimiyyəti ilə əlaqə saxlamaq istəsəkdə buna nail ola bilmədik.
Lakin teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!