Türkanda torpaqları zəbt olunan yaşlı qadınlar “Torpağımızı qaytar, Yaqub Hüseynov” deyirlər…-ŞOK FAKTLAR

10-12-2021, 08:58           
“Sabah” futbol klubunun, “Bridge Plaza” biznes mərkəzinin sahibi Yaqub Hüseynovun qardaşı Raufun da adı cinayət işində keçir..

Rusiyada təqaüdçü kişilərlə, yaxud təqaüdçü qadınlarla ( “babusya” ) evlənib onların əmlakını ələ keçirən cinayətkar dəstələr barədə çox oxumuşuq.
Yəni cinayətkar dəstə yaşlı insanların etibarını, etimadını qazanaraq, sonradan cinayət edib, onların evlərini, torpaq sahələrini ələ keçirib satırlar.
Görək Azərbaycanda buna bənzər hansı əməllər baş verir ?
Azərbaycandakı cinayətkarlar Rusiyadakı “həmkarları” kimi özlərinə əziyyət verib yaşlıların etimadını, etibarını qazanmaq barədə düşünmür, elə birbaşa cinayət əməlinə əl atırlar. Və ən dəhşətlisi odur ki, bu cinayət əməllərində icra hakimiyyətinin, əmlak komitəsinin və digər dövlət qurumlarının nümayəndələri birgə iştirak edirlər.
Bunun bariz nümunəsini məşhur sənətkar Zeynəb Xanlarovanın bacısı oğlu, Türkan sakini Daşqın Nəsirovun cinayət əməllərində görmək olar.
Belə ki, Daşqın Nəsirov Xəzər aryonu, Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.
Ən dəhşətlisi odur ki, Daşqın Nəsirov dövlət məmurları ilə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardıb.
Bu cinayət əməlində Daşqın Nəsirova Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, sabiq rəis müavini Eldar Mirzəyev dəstək olublar.
İndi gördünüzmü, bizdəki cinayətkar dəstə daha dəhşətlidir.
Hətta mediada yayılan məlumata görə, “torpaq mafiyası”nın cinayət işində Xəzər RİH başçısının sabiq 1-ci müavini Vaqif Həsənovun da adı keçir.
Onu da qeyd edək ki, Vaqif Həsənov hazırda Ağdam rayonunun icra başçısıdır.
Sözün qısası, bu cinayətkar dəstə ilə bağlı Xəzər rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilmiş, bir neçə dəfə Daşqın Nəsirov guya səhhəti ilə bağlı azadlığa buraxılmış, sonra yenidən həbs edilmişdir.
Bəs görəsən, Daşqın Nəsirov və onun cinayətkar dəstəsi ələ keçirdikləri torpaq sahələrini kim(lər)ə çox baha qiymətə satıblar ?
Mətbuatda yayılan məlumatlardan bəlli olur ki, qanunsuz yolla ələ keçirilən torpaq sahələrini məşhur iş adamı “Bridge Group of Companies” şirkətlər qrupunun, “Bridge Plaza” biznes mərkəzinin (Azservice) və “Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynov alıb.
Görək, yaşlı qadınların torpaq sahələrini baha qiymətə alan Yaqub Hüseynov kimdir ?
Yaqub Hüseynov 2017-ci ildə yaradılan “Sabah” futbol klubunun təsisçisi və bir neçə şirkətin sahibidir.
Onu da qeyd edək ki, Azərbaycan Premyer Liqasında oynayan “Sabah” futbol klubunu Yaqub Hüseynov və müəyyən qədər AFFA maliyyələşdirir.
Ümumiyyətlə, Türkandakı torpaqların qanunsuz ələ keçirilməsində bir neçə tanınmış iş adamının adı hallanır. Onlardan biri də məhz Yaqub Hüseynovdur.
Şərti adı “torpaq mafiyası” olan məsələdə iş adamları Bibiqulu və Bahadır Qasımov qardaşlarının da adı keçir.
Əlbəttə, biznesmen Yaqub Hüseynovun və digərlərinin məqsədi Xəzərin sahilində restoran və istirahət mərkəzi otellər inşa etməkdir.
Ancaq bunu iki yaşlı qadının cinayət yolu ilə torpaqlarını ələ keçirməklə etmək yolverilməzdir.
Görəsən, bu adi həqiqəti cənab Yaqub Hüseynov bilmir ?
Axı, bu torpaqların əsl sahibləri var.
Həmin torpaqları zəbt olunmuş yaşlı qadınlar Baş prokurorluğun binası önüdə oturaq aksiya keçirərkən əllərində belə bir şüar var idi: Torpağımızı qaytar, Yaqub Hüseynov .
Məlumat üçün onu da qeyd edək ki, Türkandakı qanunsuz torpaq məsələsində təkcə “Bridge Plaza”nın sahibi Yaqub Hüseynovun deyil, onun qardaşı Rauf Hüseynovun da adı keçir.
Yəqin ki, ədalət məhkəməsi gec-tez yaşlı qadınların torpaq sahələrini satan və alanların layiq olduğu cəzanı verəcəkdir.
gundelik baki.com
Teef.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dırc etməyə hazııq!
Teef.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.