Kəmaləddin Heydərovun niyə məsələn, Moskvada, Piterdə, Soçidə deyil, Rusiyanın dərinliklərində, uzaq Sibir meşələrinin cənubunda, Rusiyanın müdafiə naziri Şoyqunun vətənində 50 milyon dollarlıq dəbdəbəli otel tikdirməsi qafa qarışdıran suallar doğurur. Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz yeni araşdırmasında yazır. Daha sonra jurnalist yazır: Heydərovla Şoyqunun dostluqları məlumdur, amma ortaya həm də "şərikdirlərmi" sualı çıxır. Yeri gəlmişkən, Kızıldakı "Azimut" oteli Ukraynadakı müharibə ilə bağlı sanksiyalardan yayınmaq üçün Rusiyadan qaçıb İsrail vətəndaşlığı alan milyarder Proxorovun şirkətinə icarəyə verilmişdi. Teref.az olaraq araşdırmada qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq! Teref.az