Gömrüyün rəhbərliyi dəyişsədə hələlik mahiyyəti dəyişməyib: Sədərək Gömrük Məntəqəsinin öz qanunıarı var...

3-08-2022, 16:39           
Gömrüyün rəhbərliyi dəyişsədə hələlik mahiyyəti dəyişməyib:
Sədərək Gömrük Məntəqəsindən TIR yük maşınlarına 300 litrdən artıq salyarka keçirməyə qadağa qoyulub. Yanacaq çənində bu miqdardan artıq yanacaq olan yük avtomobilləri ya sərhəddən buraxılmır, ya da əlavə hər yüz litr üçün 60 dollar rüşvət tələb olunur.
Sədərək Gömrük Məntəqəsində gediş-gəliş bir müddətdir ki, məhdudlaşdırılıb, yük daşıyan avtomobillər isə istisnadır.
Teref.az yazır ki, Bakı şəhər sakini Cabbar Seyidov "Gündəlik Naxçıvan"a bildiri ki, uzun müddətdir Türkiyə ərazisindən keçərək, Gürcüstandan Naxçıvana mal daşıyır:
"İndiyə kimi heç bir problem olmayıb. Mənim yük maşınım qanuni 1500 litr salyarka tutur. Sonuncu dəfə Naxçıvandan qayıdanda, 1000 litr vurmuşdum ki, Bakıya gəlib çata bilim. Çünki, Türkiyədə yanacaq çox bahadı. Gömrükdə dedilər ki, 300 litrdən artıq olmaz, ya çəni boşalt, ya da 700 litrə görə 420 dollar ödə. Elə qiymət qoyublar ki, Türkiyədən almaq daha sərfəlidir. Ancaq, çəni boşaltmağa yer tapmadığımdan, məcbur qalıb 420 dolları ödədim. Ödədiyim pul öçün qəbz tələb edəndə, mənə güldülər. Necə olur ki, Azərbaycandan Gürcüstana keçəndə çəni yoxlamırlar, ancaq Naxçıvan yoxlayır? Qanuni qadağadısa, qoy hər yerdə olsun".
Adının çəkilməsini istəməyən Türkiyə vətəndaşı bildirir ki, gömrük işçiləri ondan da rüşvət tələb ediblər:
"İstanbula mal aparmalı idim. Yük maşınının çəni 1100 litr tutur. Tam doldurmuşdum ki, yolda baha almayım. Gömürük işçiləri dedi 300 litrdən artıq olmaz. Məndən 480 dollar rüşvət istədilər. Məcbur qalıb, geri qayıdıb, çəni boşaltdım tanışlardan birinin həyətinə. Avtomobilin standard çənidir. Buna qarışmaq ixtiyarları yoxdur. Naxçıvanda özbaşınalıqdır deyə, istədiklərini edirlər".
Sədərək Gömrük İdarəsindən sürücülərin iddialarına cavab vermək istəmədilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.