Vilyam Hacıyevin həyat yoldaşı Cülyettanın adına olan 10 milyonluq mülklər… - Vilyam Hacıyevin məhkəməsi əsl film, yaxud tragikomediya mövzusudur…

4-08-2022, 11:58           
Vilyam Hacıyevin həyat yoldaşı Cülyettanın adına olan 10 milyonluq mülklər… -
Baş rollarda Ramiz Mehdiyev, Akop, Vilyam Hacıyev, Cülyetta və başqaları çəkilsin..

Son illər yüksək rütbəli məmurların, nazirlərin, komitə sədrlərinin, icra başçılarının həbs olunması, mal-mülklərinin müsadirə edilməsi çox gözəl əsər, film mövzusudur.
İstintaq və məhkəmə prosesini, şahidlərin və zərərçəkənlərin dindirilməsi prosesini ssenariləşdirmək çox maraqlı olardı.
Yaşlı nəsilin yaxşı yadında olar “İstintaq” filmi.
Mərhum Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə (1969-1982-ci illər) çəkilən Azərbaycan filmi.
Tam əminliklə demək olar ki, filmin ssenarisini Rüstəm İbrahimbəyov yazmışdı, rejissor isə Rasim Ocaqov idi.
Film o vaxt rüşvətxorluqla ( o vaxt korrupsiya sözü yox idi ) mübarizəyə həsr olunmuşdu.
O zamanlar film Moskva tərəfindən dəfələrlə geri qaytarıldı, nəhayət müəyyən ixtisarlarla tamaşaçılara, cəmiyyətə təqdim edildi.
Mərhum Heydər Əliyev öz xatirələrində yazır:
“Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazıçılıqlara səbəb olmuşdur. Buna görə də mən filmə baxmaq üçün kollektiv baxış təşkil etdim. Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin-korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyov və Rasim Ocaqov ) axıradək dayandırlar. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və “İstintaq” filmi böyük şöhrət qazandı…”.
Bunu nə üçün yada saldıq..?
Bu gün məmurların məhkəmə prosesini izləyəndə görürəm ki, əsl kino, yaxud tragikomediya mövzusudur.
Oğul istəyirəm ki, bunları ümumiləşdirib ortaya gözəl bir film qoya.
Məsələn, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəmə prosesini izləyəndə adam bilmir ki, qəhqəhə çəkib gülsün, yoxsa dəsmal götürüb ağlasın, yəni tragikomediya.
Uzun-uzadı yazmaq imkan xaricində olduğu üçün məhkəmədən bəzi epizodlara nəzər salaq.
Məsələn ağır xərçəng xəstəsinin sahibi deyir ki, icra hakimiyyətinə müraciət etdim, dövlət vəsaitindən mənim hesabıma 7700 manat pul köçürdülər, pulu çıxardım, icra hakimiyyəti o pulun 100 manatını mənə verdi, qalan 7600 manatı özləri götürdü.
Belə faktlar onlarla, bəlkə də yüzlərlədir.
Hər şeyi bir kənara qoyaq, heç olmasa o pulun normal bir hissəsini vətəndaşa vermək olardı dəə..
100 manata axı nə etmək olar..? Heç bir qutu dərman almaq olmaz.
Bir daha deyirəm ki, belə şahid ifadələri kifayət qədərdir, sadəcə təkrar-təkrar yazmağa nə həvəs var, nə də...
Təsəvvür edirsiniz, sahibkar rayonda 500 hektar torpaq icarəyə götürmək üçün icra başçısına 80 min manat rüşvət verir.
Hakimin “80 mini alanda sənə qəbz verdimi” sualına zərərçəkən gülməklə cavab verir.
Bəli, ağlamalı komediyadır. Nə qəbz, nə sənəd...
Vilyam Hacıyev isə deyir ki, otağımda aşkarlanan altı milyon arvadımın babasından miras qalmışdı.
Adama deyərlər ki, ay dələduz, 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt-sterlinqi, 60 İsveçrə frankı, 455 türk lirəsi (ümumilikdə 6 298 834 manat) sənin həyat yoldaşın Cülyettanın atası Akopda haradan idi..?
Yəni bu qədər qırmızı yalan ola bilməz ee...
Cülyettanın atası, ümumiyyətlə, dollar, yaxud ingilis funt-sterlinqini, İsveçrə frankını harada görmüşdü..?
Görürsünüzmü, əsl komediya mövzusudur.
Yeri gəlmişkən, Vilyam Hacıyevin həyat yoldaşı ilə Ramiz Mehdiyevin arvadı xala qızıdırlar. Bunu Vilyam Hacıyevin qohumları mətbuata deyib.
İndi görün Vilyam Hacıyev məhkəmədə daha nələr deyib:
Möhtərəm hakim 6 milyonu mənim yaxın qohumlarım ödəməyə hazırdır.
Lənət şeytana, atalar bu yerdə deyib ki, vur palçıqdan çıxsın...
Necə yəni yaxın qohumlarım...
Belə bir dələduzun uzun illər böyük bir rayona rəhbərlik etməsi gülməli olduğu ( komediya ) qədər də faciəlidir ( tragediya ) .
Hələ bu harasıdır..?
Vilyam hacıyev məhkəmədə deyir ki, mənə qarşı olan ittihamlar əsassızdır.
İndi gəlin Akopun nəvəsi Cülyettanın adına olan əmlakın siyahısına nəzər salaq və Vilyamdan soruşaq ki, a Vilyam, bu da Akopun pulları ilə alınıb..?
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)
- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)
- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)
Bu dəyəri 10 MİLYONDAN çox olan əmlak, mülk görəsən Akopundur..?
Vilyam Hacıyevin əmisi oğlu, keçmiş cəbhəçi, partiya sədri Hafiz Hacıyevin dedikləri isə bu tragikomediyanın son akkordlarıdır.
Hafiz Hacıyev deyir ki, Vilyamı ilk dəfə Xanlar rayonuna mən icra başçısı qoydurmuşam.
Ikincisi deyirsən ki, Vilyam Prezidentimizin mərhəmətinə sığınmalıdır.
Bu adamdan soruşan lazımdır ki, Akopun yeznəsi, milyonlarla dövlət vəsaitini talamış məmur Prezidentimizin mərhəmətinə necə sığına bilər..?
Sözün qısası, bizim bəzi fərsiz ssenaristlər, rejissorlar belə gözəl mövzuları sanki görməzdən gəlirlər.
Amma inanırıq ki, tariximizlə belə bu mövzular bir gün kinoya çevriləcək.
gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.